Ayətullah Xamenei dağ gəzintisində gənc cütlüklə rastlaşır...
Mьəllif: admin1
Tarix: 20-05-2016, 10:36
Ayətullah Xamenei dağ gəzintisində gənc cütlüklə rastlaşır...
Cənab Rəhbər Ayətullah Xameneinin mühafizəçilərindən biri nəql edir:

Ağa adəti üzrə Tehran ətrafınfa dağ gəzintisinə çıxmışdı və yaxınlarından bir qrupu da onunla idi. Yol üstə qəfildən münasib geyimdə olmayan oğlan və qızla rastlaşdıq. Bu gözlənilməz hadisə gəncləri elə qorxutmuşdu ki, tir-tir əsirdilər. Şübhə etmirdilər ki, şəhər kənarında görüşdükləri üçün möhkəm cəzalandırılacaqlar. Ağanın ətrafındakılar da, biz də hadisələrin necə inkişaf edəcəyini həyəcanla izləyirdik. Ağa gənclərə yaxınlaşdı. Çox mehribanlıqla salam verdi, hal-əhval tutdu. Gənclərin dili tutulmuşdu. Ağa görürdü ki, onlar gizli görüşə çıxıb. Amma soruşdu ki, evlisiniz? Ağaya yalan danışmaq gücü olmayan oğlan dedi ki, qızla tanışdır. Ağa buyurdu ki, ailə qurun, xeyriniz bundadır. Ağa dəftərçəsini çıxarıb baxdı və buyurdu: Əgər filan tarixdə gələ bilsəniz, nikahınızı oxuyaram... Sonra sağollaşıb onlardan uzaqlaşdı. Düzü inanmırdım ki, nikah (kəbin) üçün deyilən vaxt gələcəklər. Amma Ağa buyurduğu vaxt oğlan və qız ailələri ilə birlikdə dəftərxanaya gəldilər. Ağa onların kəbinini oxudu!

Mahe-təmam nəşriyyəsi, say 3

Vilayet.info
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031