"Anamın kənarında Ərəfə"
Mьəllif: admin1
Tarix: 31-08-2017, 09:22
"Anamın kənarında Ərəfə"

Ərəfə günü münasibətilə Ayətullah Xameneidən bir xatirə...

Ayətullah Xameneinin bir xatirəsi. Bu xatirədə Ayətullah Xameneinin yeniyetmə dövründə ailəsi kənarında Ərəfə günü əməllərini yerinə yetirməsindən danışılır. İnformasiya mərkəzi bu xatirəni "Anamın kənarında Ərəfə" adlandırıb.

Xatırlayıram ki, hələ büluğ həddinə çatmamışdım. Ərəfə günü əməllərini yerinə yetirirdim. Bildiyiniz kimi həmin günün əməlləri bir qədər uzun çəkir. Çox gənclər bu əməllərlə tanışdır, bir neçə saat uzanır. Əməllər günortadan sonra, əsr vaxtı başlayır. Uzun olmayan günlərdə bu əməllərin hamısını yerinə yetirmək istəsən gün batana qədər davam edə bilər.

Anam dua, zikr, müstəhəb əməllərə bağlı insan idi. Onunla birlikdə həyətin kölgə olan guşəsinə çəkilərdik. Evimizin kiçik həyəti vardı. Orada xalça sərərdik. Bu əməlləri açıq səma altında yerinə yetirmək müstəhəbdir. Xatırladığım illər Ərəfə günü yay, bəlkə də payıza təsadüf edirdi. Hava isti idi, günlər uzun. Kölgədə əyləşib saatlarla Ərəfə əməllərini yerinə yetirərdik. Bu əməllərdə həm dua, həm zikr, həm namaz var. Anam dua oxuyar, mən qardaş və bacılarımla ona qoşulardıq. Yeniyetməlik dövrüm belə idi, mənəviyyat, dua və raz-niyazla ünsiyyət dövrü.. Ayətullah Xamenei /Vilayet.nur-az.com/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930