İmam cümə: Kəbə Əbu Cəhl və Əbu Ləhəbin nəslindən olanların əlindədir
Mьəllif: admin1
Tarix: 9-09-2016, 21:57
Bцlmə: Xəbərlər
İmam cümə: Kəbə Əbu Cəhl və Əbu Ləhəbin nəslindən olanların əlindədir
İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Əhməd Cənnəti olub. Çıxışında Mina faciəsinə toxunan imam-cümə bildirib: “Bu faciə hamımızın qəlbini yaralamışdır. 7 min insanı ilahi təhlükəsizlik məkanı hesab olunan məkanda öldürüldülər. Heyvanların belə qorunduğu bu məkanda zəvvarlar susuz halda öldürülürlər. Dünya hara gedir? Bu hadisə təəccüb doğuran və misli görünməmiş bir hadisədir. Dünya zülm dünyasıdır. Zülm hər yeri bürüyüb, lakin insanların səsi çıxmır. Biz öz haqqımızı tələb etdik, lakin bütün ölülər ki, iranlı deyildi. Ərəb ya qeyri-ərəb ölkələri bir kəlmə belə danışmayıb. Firon sifətli Ali-Səud rejimindən qanlarını tələb etmədilər. İmam Xomeyninin (r) dediyi kimi: Bu alçaq və Allahdan xəbərsiz vəhhabilər müsəlmanların belinə sancılmış qılıncdırlar. Rəhbərimiz Ayətllah Xamenei də son çıxışı zamanı laiq olduqları ləqəblərlə onlara səsləndi; qaraüz, qəlbi daşlaşmış, cinayətkar, Allahdan xəbərsiz, dinsiz, vicdansız. Hz. İbrahim (ə) Kəbəni təkallahlılar üçün inşa etsə də, bütpərəstlərin əlinə keçdi. Bu gün də bu cürdür. Kəbə Əbu Cəhl və Əbu Ləhəbin nəslindən olanların əlindədir.”

İranda baş verən yüksək maaş olaylarına da toxunan Ayətullah Cənnəti bildirib: “Məclisin nəzarəti yoxdurmu? Biz ilk növbədə bu şəxslərin təqdim olunmasını tələb edirik. Bu xalqın sözüdür, çünki bu mal məmləkətin və xalqın malıdır. Bu məsələ şəffaf surətdə aydınlaşdırılmalıdır.”

İran İslam inqilabı zamanı böyük rolu olan, sonralar isə inqilabın əleyhinə çevrilən Ayətullah Müntəziri barədə də söz açan imam cümə bildirib: “Bu sadəlövh şeyx İmam Xomeyninin (r) ürəyini qan etdi və hazırda da o dünyada cavabını verməlidir. İmam (r) onu qəti surətdə kənarlaşdırdı və şəkillərinin də aradan aparılmasını istədi. İmam (r) düz etdi, çünki bu fəsad mənşəyi idi. Bəziləri islamın mehribançılığından söz açırlar. İslamın həm rəhmət, həm də qəzəb üzü mövcuddur. Allah həm rəhimli, həm də intiqam alandır.”

Çirkli pulların yuyulmasıyla bağlı FATF adlı razılığın imzalanmasına toxunan Ayətullah Cənnəti deyib: “Bu məsələ qəribə bir məsələdir. Dövlət rəsmiləri hansı haqla bu razılaşmanı imzalayıblar? Düşmən bu yolla bizim iqtisadi və bank sistemimizdə olan məlumatlarımızı ələ keçirmək istəyir. Düşmən bu yolla inqilab orqanlarına qarşı embarqo emal etmək niyyətindədir. Məclis bu barədə sakit durmamalıdır. Bu hadisə baş versə, biz bir çox məsələlərin fatihəsini oxumalıyıq. ABŞ razı olsun deyə biz bu yolla özümüzə sanksiya tətbiq edirik. 78-ə yaxın şəxs və orqan bu razılaşma ilə məhdudiyyət yaşayacaq. Bu həqiqətdə bir müsibətdir. Allahın izni ilə bu işin qarşısı alınacaq və atılan imza geri götürüləcəkdir.”

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031