Ayətullah Məkarim Şirazi İslam alimlərinə həcclə bağlı plan təklif edib
Mьəllif: admin1
Tarix: 8-09-2016, 10:02
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi İslam alimlərinə həcclə bağlı plan təklif edib
"Səud rejimi İraq, Yəmən və Suriyada uğradığı məğlubiyyətin intiqamını Həcc mərasimini vasitəsilə almağa çalışır"
İslaminsesi-nin Rasthaber-ə istinadla verdiyi məlumata görə, İslam dünyasının tanınmış müctəhidlərindən olan Ayətullah Nasir Məkarim Şirazi, hərəmeyni-şərifeyn və Həcc vacibatını idarə etmək üçün İslam dünyasının alimlərinə və mütəfəkkirlərinə plan təklif edib.

Ayətullah Şirazi, çərşənbə günü etdiyi açıqlamada Səudiyyə rejiminin islam dünyasının müqəddəslərini öz siyasi oyunlarına alət etməsini tənqid edib və bu rejimin hərəmeyni-şerifeyn (müqəddəs hərəmlər) və Həcc mərasimini idarə etmə ləyaqətindən məhrum olduğunu bildirib.

"Bu il iranlı hacılar Səudiyyənin təxribatları üzündən Həcc vacibatlarını yerinə yetirə bilmədilər. Səud rejimi İraq, Yəmən və Suriyada uğradığı məğlubiyyətin intiqamını Həcc mərasimini vasitəsilə almağa çalışır."

"Səud rejiminin Həcc ilə bağlı tədbirsizliyi təkcə keçən il ilə məhdud deyil, daha əvvəlki illərdə də oxşar acı hadisələr yaşanıb."

Ayətullah Şirazi, Həcc məsələsinin İslam ölkələrində gündəmə gəlməsi və hərəmeyni-şərifeyn və Həcc rəhbərliyinin bütün müsəlmanlara verilməsi və beləliklə də acı hadisələrin təkrarlanmasının qarşısının alınmasının lazımlığını vurğulayıb.

Alim, keçən il Həcc mərasimi zamanı Minada baş verən faciədə minlərlə hacının Səudiyyə rejiminin məsuliyyətsizliyi və ehtiyatsızlığı üzündən həyatını itirdiyini qeyd edib.



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031