Sünni-şiə qarşıdurması yaratmaq istəyən qara əllər hər yola əl atır
Mьəllif: admin1
Tarix: 15-07-2016, 10:19
Bцlmə: Xəbərlər
Sünni-şiə qarşıdurması yaratmaq istəyən qara əllər hər yola əl atır
Bu cür şəxslər istər şiə kimi sünnilərə lənət göndərər, istər sünni kimi şiələri dindən çıxmış sayarlar.

İslamazeri.az xəbər verirki, belə bir fitnə yayan youtube səhifəsi İraqda guya şiə könüllülər Peyğəmbərin həyat yoldaşına lənət deməyən şəxslərə əziyyət verirlər.

Videoda cəm halda insanlar döyülür və lənətə səs verməyənlər vurulur. Lakin bu "fitnə maşını" bunu şiələr, İran və Hizbullahla əlaqələndirir. (Ölkəmizdə də istisna deyil). Öncə bunu deyək ki, şiələrin təqlid etdikləri ələm mərcəi təqlid müctehidləri sünnilərin, o cümlədən xəlifələr və Peyğəmbərin xanımlarına lənət və söyüşü qəti olaraq haram bilirlər.

Ayətullah Sistani (İraqda ən nüfuzlu alimlərdən biri) belə deyir: "Keçən 10 il ərzində şiələrin yaşadığı şəhərlərdə; fitnə, partlayış və insan başı kəsmələr olduğu zamanlarda bizdən sünni qardaşlarımıza qarşı bir təhqir gördünüzmü? Samirrada İmamların ziyarətgahları partladıldığı zamanı, məndən sünnilər əleyhinə fətva verməmi istədilər, amma mən hətta şiələrin bütün şəhərlərini xaraba qoyulsa belə, heç kəsin sünnilərlə müharibə etmək haqqı yoxdur dedim." Bu açıqlamasından öncə sünnilər qardaşım deyil, canımızdır deyə açıqlaması ilə yadda qalmışdı.

Ayətullah Xamenei İran İnqilabının rəhbəri olmaqla yanaşı, şiələrin təqlid mərcəsidir, o da sünnilərin hörmət etdikləri şəxslər; ilk xəlifələr və Peyğəmbərin həyat yoldaşlarına lənət və xoşagəlməz sözlər deməyi haram etmişdir.

Ayətullah Məkarim Şirazi, sünni məzhəbi əleyhinə hazırlanan “Əzab günü” adlı filmə münasibət bildirərək deyib: “Bu filmin hazırlanmasına, baxılmasına və yayılmasına dəstək verənlər böyük günah işləmiş olurlar. Xüsusən, müsəlmanlar arasında baş verən ixtilafların düşmənin xeyrinə olan bir zəmanədə bu addımı atmaq böyük günahdır. Bu işlərin şəri baxımdan ağır məsuliyyətləri vardır. Böyük ehtimalla bu filmin ərsəyə gəlməsində düşmənin əli var. Bu film yeni qanların axıdılmasına səbəb olarsa, bu filmin ərsəyə gəlməsində rolu olanlar bu cinayətlərlə şərikdirlər. Bu filmi hazırlayanların bizdən olmadıqlarını bütün aləmə çatdırmaq lazımdır. Onlar, bəzi müsəlmanların Əhli-beytə (ə) olan sevgisindən sui istifadə edirlər. Bu filmin verəcəyi mesajların, şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdur.”

Bu filmdə sünni-şiə arasında fitnə alovları qalxma ehtimalına görə, bir çox İslam alimləri haram fətvası veriblər.

İndi isə bir sual meydana gəlir. Təqlid etdikləri mərcəiyyət sünnilərə yönəlmiş lənət və ya söyüş əməlini haram bilirsə, bunu kim edə bilər?

1. ABŞ və İsrailə bağlı olan güclər

2. İŞİD və "Əl Qaidəyə bağlı güclər (vəhdətə düşmən)

3. İngiltərədən fəaliyyət göstərən qrup Biz burada 3-ü haqda danışacağıq.

Çünki, birinci və ikinci güclər məlumdur. Və yalanları ilə artıq hər son yola əl atmışlar. Lakin 3-cü dəstə haqda çox məlumat verilmir.

Son zamanlar Ayətullah Xamenei "İngilis şiə"liyi terminindən çox istifadə edir. Bir neçə din libasındakı "ruhani"lər İngiltərə və Kanadanın iznilə şiə adı ilə telekanal açmış və sinni-şiə fitnəsini alovlandırmaq üçün əllərindən gələni edirlər.

Bunlar yayıma verdikləri telekanalın olduğu ölkənin qanularına zidd olaraq (milli dini ayrıseçkilik salma) sünni-şiə arasında ciddi ayrıseçkilik salır, sünnilərin hörmət etdikləri şəxsiyyətlərə lənət deyirlər.

Məhz İraqda da belə şəxslərin adamlarının olması videoda olanların "ingilis şiə"çiliyinə (bilərəkdən və ya bilməyərəkdən) xidmət etmələrini istisna etmirik.

Lakin bunun bütün şiəlik, Suriya və İraqda İŞİD kimi sünni-şiə, məsihi - məzhəb din fərqi görmədən hər kəsin qanını içən İŞİD-in burnunu yerə sürtən qruplarla əlaqələndirmək ən azı dezinformasiyadır.

Odurki, bir daha bu cür videolardakıların şiəçiliklə əlaqəli olmasını yayanlara inanmamağa çağırır və bu cür İsrailmeylli qüvvələrin təbliğatına uymamağa səsləyirik. Unutmayaq ki, böyük şiə alimləri "sünni, şiə qardaşdır" şüarı təqiyyə deyil, İslamın bu günkü vacibatı bilir, düşmənin məhz sünni şiə fitnəsilə özünü gücləndirdiyini bizlərə bəyan edirlər.

Onu da qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun gizli məktublaşmasında da sünni şiə məsələsi müzakirə edilmişdi. Klintonun məktubunda "İsrail Kəşfiyyatı bildirir ki, Suriyada sünni-şiə müharibəsi bizə və Qərbin işinə yarayar", - deyə qeyd olunur.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031