Ayətullah Sistani: Məndən sünnilər əleyhinə fətva verməmi istədilər, amma...
Mьəllif: admin1
Tarix: 14-06-2016, 15:29
Bцlmə: Xəbərlər
Ayətullah Sistani: Məndən sünnilər əleyhinə fətva verməmi istədilər, amma...
İslamazeri.az-ın "Təsnim" agentliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Ayətullah Sistani deyib: "Şiə sünni olduğunu soruşmadan Mosul, Ramadi, Səlahəddin və digər bölgələrdən olan yurd yuvasından köçmüş qardaş-bacılarımıza yardım edib, onlara pul və yemək verin. Şiə sünni, xristian və başqa bütün məzhəblərdən olan şəxslərin hamısı İraq vətəndaşlarıdırlar. Yüz, min illərdirki, birlikdə yaşayırlar."

"İŞİD və onun şərikləri İraq şəhərlərinə hücum etməkdə və xalqı öldürüb təhlükəsizliyi pozmaqdadırlar. Vacibi-kifayi olaraq canını və müqəddəs məkanları sünnilərə qarşı deyil, xaricilərə qarşı müdafiə fətvası verildi. İndi Ramadidə və başqa şəhərlərdə müharibə edirsiz, onları İŞİD-in şərrindən qurtarmaq üçün müdafiə edin. Siz fateh deyilsiz, sadəcə qardaşlarınızı düşmənə qarşı qorumaq üçün ruhunuzu və canınızı verən insanlarsınız", - deyə Ayətullah Seyid Sistani əlavə edib.

Daha sonra böyük alim deyib: "Keçən 10 il ərzində şiələrin yaşadığı şəhərlərdə; fitnə, partlayış və insan başı kəsmələr olduğu zamanlarda bizdən sünni qardaşlarımıza qarşı bir təhqir gördünüzmü? Samirrada İmamların ziyarətgahları partladıldığı zamanı, məndən sünnilər əleyhinə fətva verməmi istədilər, amma mən hətta şiələrin bütün şəhərlərini xaraba qoyulsa belə, heç kəsin sünnilərlə müharibə etmək haqqı yoxdur dedim."

Ayətullah Sistani sonda "İmamlarımızın əxlaqını xatırlayın. İmamlarımız onlara təhqir edən insanlara necə davrandığını yadınıza salın. İmamlar pislik qarşısında, sadəcə yaxşılıqla cavab verdilər.", -deyə qeyd edib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031