Nardaranda İmam Zaman (ə.c) mədrəsəsinin binası sökülür
Mьəllif: admin1
Tarix: 2-05-2016, 20:39
Bцlmə: Xəbərlər
Nardaranda İmam Zaman (ə.c) mədrəsəsinin binası sökülür
Maide.Az Nardaran kənd sakinlərinə istinadən xəbər verir ki, hal-hazırda Nardarandakı Rəhimə xanım pirinin nəznində yerləşən "İmam Zaman (əc)" mədrəsəsi İcra Hakimiyyəti işçiləri tərəfindən sökülməyə başlanılıb. Söküntüyə birbaşa polis nəzarət edir. Baş vermiş hadisəyə etiraz olaraq, kənd ağsaqqalları Prezident Aparatına tərəf gedirlər.


Mədrəsənin sökülməsinə bəhanə kimi isə yolun genişləndirilməsi səbəbi kimi göstərilir. Lakin kənd sakinlərinin bildirdiyinə görə, mədrəsə yolun sonunda yerləşir və heç bir səbəblə görülən işlərə maneəçilik törətmir. Mənbə onuda bildirir ki, bu, açıq-aydın bəhanədir. Çünki mədrəsəyə gələn yol və kənddə təmirə və genişlənməyə ehtiyacı olan yollar qaldığı halda mədrəsənin söküntüsü aparılır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031