Şeytanın (lən) kiçik şagirdi
Mьəllif: admin1
Tarix: 12-03-2016, 20:02
Şeytanın (lən) kiçik şagirdi

O zaman ki, ehtiyaclısan və öz ehtiyaclarınla məşğulsan – nə məğrur olursan, nə də xudbin. O zaman ki, öz ehtiyacını görürsən – nə qədər möhtac olduğuna inanırsan. Lakin o vaxt ki, ehtiyac kasan dolur, bu ehtiyaclılıq hissini unudursan və yaddan çıxardırsan ki, sən – gildən yaranmış bir varlıqsan, aciz və gücsüzssən.
Yaddan çıxardırsan ki, Allahın bəndəsisən və Onun əta etdiyindən başqa ruzin yoxdur. Onun iradə etdiyindən savayı, başqa gücün və qüdrətin yoxdur.
Ancaq sən elə rəftar edirsən ki, sanki həqiqi malik – sənsən. Bu zaman “mən”liyin tüğyan edər və həlakedici qürur əl və ayaqlarını bağlayır. Sənin bu “mən”liyin – şeytanın kiçik şagirdidir. Sənin batinindədir. (Tebyan)
Bu batini və zahiri şeytan zəif nəfslərlə nələr etmir ki?!
İmam Əli (ə) buyurur: “Öz canıma and olsun ki, şeytan sizi ovlamaq üçün təhlükəli oxları kamanına qoymuşdur və bacardığı qədər və möhkəm onu çəkər və sizi yaxından hədəfə alar”.
O zaman ki, batini uşağın oyun oynayar və yalan danışar və o zaman ki, onu şeytanın yalançı saraylarına tərəf çəkərsən – bilirsən ki, yanlış yolu getmişdir, qarşısını almaq yerinə, deyirsən ki, uşaqdır, qoy uşaqlığını etsin. Qoy bu dünyanın bir neçə günlük həyatını yaşasın.
O zaman ki, batinindəki uşağı, yəni nəfsi bu cür tərbiyə edirsən – təkəbbürlə başqalarına nəzər salar. Əgər bu cür tərbiyə etsən, özünü eyibsiz bilər. O zaman ki, qəzəblənər – əməlini təsdiq və təşviq edirsən, ona kin bəsləməyi və həsəd aparmağı öyrədirsən – bu zaman pak fitrətini unudar. Onu get-gedə həlakətə tərəf aparırsan. Özün buna bais olmusan.
Sən ki, bir gün möhtac və ehtiyaclı idin. İndi özünü ehtiyacsız görürsən və tüğyan edə bilirsən?!
Bütün bunlar – lənətlik şeytanın şagirdləridir ki, yolunu azmağı mənim və sənin üçün asan etmişdir. Dinin bağlarını bir-birinin ardınca açmışdır. Təfriqə yaradaraq, bizi fitnəyə atmışdır.
Bir qədər düşün. Biz insanların hamısı belədir, məgər o kəslərdən başqa ki, tək Allaha inanırlar və Allaha iman bəsləmək zərrə-zərrə canlarına nüfuz etmişdir.
Necə də azdır bu insanlar...
“(İnsan bu nemətlər üçün şükür edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!”. (“Ələq” 6).

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031