Dünyanı ali əxlaq xilas edecek
Mьəllif: admin1
Tarix: 29-12-2015, 10:46
Dünyanı ali əxlaq xilas edecek
Lev Tolstoy: “Bu gün dünya bunu qəbul etsə də, etməsə də sivilizasiyanın bu yerlərə gəlib çatmasında inkarolunmaz rolu olan şəxsiyyətlərin başında, dahiliyin fövqündə dayanan peyğəmbərlər durur”
Bu gün bəşər, sivilizasiya baxımından böyük uğurlar əldə edib. Bu, hamının göz qabağındadır. Bir baxın, insan övladı hardan hara gəlib! Misal üçün elə sadəcə ibtidai icma quruluşuyla indiki dövranı müqayisə etsək gözümüzün önündə böyük bir tərəqqi canlanacaq; bir zamanlar kiçik qruplar şəklində, palçıqdan olan daxmalarda yaşayan bəni-adəm artıq nəhəng şəhərlər salıb, sivil dövlətlər qurub, onları idarə etmək üçün qanunlar-konustitusiyalar yazıb. Bunlar hamısı heç də birdən birə baş verməyib təbii ki. Bura çatmaq üçün adəm övladı çox məşəqqətli yollardan keçib və... bu inkişaf prosesində bəzi insanlar xüsusi ilə rol oynayıb. Onlara “Tarix yazan insanlar” deyilir.

“Bu gün dünya bunu qəbul etsə də, etməsə də sivilizasiyanın bu yerlərə gəlib çatmasında inkarolunmaz rolu olan şəxsiyyətlərin başında, dahiliyin fövqündə dayanan peyğəmbərlər durur.” – Lev Tolstoy belə deyir. Axı bunu danmaq, ən azı, insafsızlıqdır! Tolstoyun timsalında, vicdanı olan hər bir düha çox yaxşı bilir ki, məhz peyğəmbərlərin ilahi dərgahdan gətirdikləri müqəddəs dinlər idi ki, yavaş-yavaş bəşəriyyətin həyatına sızdı, onların həyat tərzini formalaşdırıb, inkişaf yoluna çıxardı; haqlısınız, dindən sui-istifadə olunaraq xeyli qanlar da töküldü, lakin din təlimləri olmasaydı bu məsələ qanla-filanla qalmazdı, həyatın qayəsindən, mədəniyyətdən xəbərsiz insanlar hannibalistlərsayaq bir-birini rəsmən yeyib bitirər, həyatın sonunu gətirərdilər. Məgər ilk insanlar olan Habillə Qabilin dastanı bizə bu mənanı demirmi? Nə-sə. Bu haqda başqa bir yazıda inşallah.

Belə “tarix yazan insanlar”dan biri, bəlkə də birincisi, bu gün doğum günü olan əziz peyğəmbərimiz həzrət Məhəmməddir (s). “Bəlkə”ni elə-belə demədim, məşhur amerikalı tarixçi Uill Dürant da eyni düşüncəni bölüşür:
“Əgər dahiliyi böyük şəxsiyyətlərin cəmiyyətə təsirində görsək, Məhəmmədin, tarixin ən dahi şəxsiyyəti olduğunu etiraf etməliyik”.
U. Dürant deyir ki, Məhəmməd havanın istisindən və səhranın yorğunluğundan vəhşilik girdabına yuvarlanmış qövmün etik və mənəvi durumunu yüksəltmək fikrində idi və o bu zəmində digər xilaskarlardan daha çox uğur qazandı.
Bütün bu deyilib-yazılanların fonunda bir şey diqqətimi çəkir: Məhəmməd peyğəmbərlə bağlı danışan hər kəs, hətta Allahın özü belə, xüsusi ilə onun əxlaqını qabardır, uğur sirrini onun nitqində, intellektində, sərvətində və s. deyil, məhz yüksək əxlaq səciyyələrinə sahib olmasında görür. Məsələn, ayəyə baxın:
“Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən!” 1.

Maraqlıdır ki, peyğəmbər (s) özü də öz yolunu belə tanıdır: “Mən yalnız (!!!) əxlaqi fəzilətləri kamilləşdirmək üçün peyğəmbərliyə seçildim”. 2.

Hədisdəki “yalnız” a baxın ey, məgər ki, hər şey əxlaqmış!!! Bu nə hikmətdi, aman Allah!

Bernard Şou öz “Qara qızcığaz Allah sorağında” kitabında yazır:

“Orta əsr kilsəsi ya nadanlıq, ya da təəssüb üzündən İslamı anlaşılmaz din kimi qələmə vermişdi. Onlar camaata Məhəmmədin İsanın əleyhinə olduğunu göstərir və insanlarda islama qarşı nifrət oyatmağa çalışırdılar. Mən, Məhəmmədin həyat və fəaliyyətini mütaliə etmişəm. Mənim fikrimcə, o, nəinki təkcə İsanın əleyhinə deyil, əksinə, onu bəşəriyyətin xilaskarı hesab etmək lazımdır".

“Mən inanıram ki, əgər Məhəmməd kimi bir nəfər müasir dünyanın mütləq hakimiyyətini ələ keçirsə, dünya məsələlərinin dünyanın ehtiyac duyduğu əmin-əmanlığını təmin edəcək şəkildə həllinin öhdəsindən gələ bilər”.

“Məhəmməd kimi bir nəfər” deyir B. Şou, yaxşı, bəs Məhəmməd (s) necə idi, hansı ali əxlaqa sahib idi?

Oxuyuruq: bir yerdə əziz nəvəsi imam Hüseyn (ə) babasının əxlaqını belə vəsf edir:

”Atam Əlidən peyğəmbərin əxlaqı barəsində soruşdum, onu bizə belə təqdim etdi:

Peyğəmbər, ətrafındakılarla münasibətdə daim gülərüz və mülayim idi;
heç vaxt qəzəbli, daşürəkli, kobud, yalançı, nəzakətsiz danışan, eyb axtaran və eyib açan deyildi;
heç kəs ondan naümid olmadı və hər kəs onun evinə getdikdə ümidlə qayıdardı;
mübahisə etmək, çox danışmaq və ona aid olmayan işə qarışmağı sevməzdi;
heç kimi danlamaz, gizli eyblərini axtarmaz, acı danışmazdı...”

Necə gözəl bir təqdimat!!! Dəhşətdir ey, axı deyəsən Qurani-kərim də həzrətin məhz yüksək əxlaqı üzərində fokuslanır. Bir-iki nümunəyə baxaq:

1. O mülayim idi.
“(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər”.

2. O mərhəmətli idi.
“Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə (xüsusi ilə) şəfqətli, mərhəmətlidir!”

3. O ürək yandıran idi.

“(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmırlar deyə arxalarınca təəssüflənib özünü həlakmı edəcəksən?!”

Sözüm nədir, bilirsiz, əziz insanlarım?! Müsəlmanların həyatına baxanda şahid oluruq ki, onların inancları da, ibadətləri də az-çox mövcuddur; onlar Allaha, peyğəmbərə inanır, namaz qılır, oruc tutur, həccə gedirlər, lakin... onların həyatında (yetərincə) olmayan, çatmayan – Məhəmməd əxlaqıdır!
Ey Məhəmməd ümməti! Sizə doğrusunu, doğrusunu deyirəm, dünyamızı düşdüyü bu girdabdan, bu böhrandan və bu zülmətdən intellekt deyil, pul-para deyil, gözəllik deyil, məhz ali əxlaq xilas edəcək;
Sizə doğrusunu, doğrusunu deyirəm: dünya bu gün Məhəmmədi bir ali əxlaqa təşnədir - Məhəmmədi lütfə, Məhəmmədi təmkinə, Məhəmmədi mərhəmətə, Məhəmmədi ədalətə, Məhəmmədi səxavətə və əlbəttə ki, Məhəmmədi nəzakətə!!!

İlqar Kamil

islaminsesi.info
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031