Dünya alimlərinin İslam haqqında fikirləri
Mьəllif: admin1
Tarix: 20-02-2020, 10:53
Dünya alimlərinin İslam haqqında fikirləri


L. E. Cobbold

“Allaha döğru” kitabinda yazır: “İslam dini elə bir böyük və nöqsansız ictimai qanundur ki, heç vaxt məhv olmayacaq. Çünki onun bütün əsasları mədəniyyət, inkişaf və ağıla müvafiqdir”.

George Bernard Shaw

Məşhur ingilis yazıcısı George Bernard Shaw İslam haqqında deyir:

“... Mən Məhəmmədin (s) dinini onda olan həyat gücü və yaşam əhvali-ruhiyyəsi baxımından yüksək dəyərləndirirəm.

Fikrimcə, İslam dini bütün əsrlərdə insanların həyat tərzilə yanaşı addımlamağı bacaran yeganə dindir.

Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugünkü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən də qəbul ediləcək”.

Lothran Stodard

Lothran Stodard amerikalı alim, tarixçi deyir:

“İslamın əzəməti üçün onun bütün maneələrə baxmayaraq, yenə də öz həqiqət və fəzilətlərini dünyada aşkar etməsi kifayətdir. Çünki İslam həm sadə, həm də ağıla müvafiq dindir”.

Uill Dürant

Məşhur tarixçi Uill Dürant deyir:

“İslam bütün dinlərdən sadə və aydın dindir. Çünki onun əsasını “La ilahə illəllah, Muhəmmədur-rəsullullah” təməl prinsiplərinə şəhadət vermək təşkil edir”.

C. de Gobineau

Alman şərqşünası C. de Gobineau “Asiyada üç il” kitabında yazır:

“ İslam bəşər üçün pak, qatqısız və nöqsansız bir din gətirmişdir”.


Emile der Menghen

Fransız tədqiqatçı Emile der Menghen yazır:

“İslam ürəklərə təkan verən bir çağırış tək, şərq və qərbi dinsizlik və qəflətdən oyatdı. Qəlblərə elə bir təsir bağışladı ki, bəşər tarixi heç bir əsrdə belə bir daxili oyaniş və ictimai hərəkata təsadüf etməmişdir”.

T. Carlyle

Məşhur ingilis yazıçısı T. Carlyle yazır:

“Bəzi xristianlar İslama irad və tənə olaraq deyirlər: “Məhəmməd (s) öz dinini qılın gücünə yaymışdır. Yəni, əgər qılınc olmasaydı bu din dünyaya səs salmazdı”.

Bu sözü deyənlər nə qədər həqiqətdən uzaq, yanlışdadırlar! Onlar yaxşı fikirləşməlidirlər ki, bu qılıncı qınından çıxran, onun şuasını Musa bin Nəsir, Tariq ibn Ziyad və digər böyük fatehlərin əli ilə Fransa, İspaniya dağlarının yüksəkliklərinə, Mədaindən Səmərqəndə qədər əraziyə, Misir ehramlarinin üzərinə yayan hansı qüvvə idi? Şubhəsiz, bu qüvvə Məhəmmədin (s) dini idi”.

Məhəmməd (s) “ İslam ” adlanan dinini belə izah edir:

“İslam, yeganə qadir Allaha təslim olmaq, onun yetgin hikməti qarşısında təvazökarlıq nümayiş etdirmək, dünya və axirətdə onun qismətinə razı olmaq, ona təvəkkül etmək, mehriban yaradanın qəzavüqədərinə səbir etmək və dözməkdir. Kainatın bütün qüvvələrinin gücü həmin bilici, qadir yaradanın bəxş etdiyi enerjinin nəticəsidir ”.

Ph. K. Hitti

“Sami millətlər vasitəsi ilə meydana gələn üç təkallahlıq dini arasında ən yaxşısı Quranın təqdim etdiyi İslamdır.

Müsəlman alimlər öz dinlərinin prinsiplərindən söhbət açarkən iman (dini etiqad), ibadət (dini-əməli göstərişlər) və ehsan (yaxşı iş) arasında fərq olduğunu bildirirlər. Bütün bunlar hamısı dində toplanmışdır. Allah yanında dogru din yalnız İslamdır”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930