İmam Hüseynin (ə) Kərbəlada insanlara öyrətdiyi dərslər
Mьəllif: admin1
Tarix: 31-10-2015, 10:17
İmam Hüseynin (ə) Kərbəlada insanlara öyrətdiyi dərslər
Məhərrəm, Aşura, Kərbəla hadisəsi və İmam Hüseynin(ə) Kərbəlada yaratdığı inqilab bütün dünya müsəlmanlarına müəyyən dərslər öyrədir.

İMAM HÜSEYN(Ə) BİZƏ HƏR ŞEYİ ALLAHA NECƏ QURBAN VERMƏYİ ÖYRƏTDİ

Məhərrəm, Aşura, Kərbəla hadisəsi və İmam Hüseynin(ə) Kərbəlada yaratdığı inqilab bütün dünya müsəlmanlarına müəyyən dərslər öyrədir. O həzrətin insanlara öyrətdiyi dərslərdən biri budur ki, insan Allah yolunda canından, malından, övladından bir sözlə desək hər şeyindn keçməyi öyrətdi. İmam Hüseyn(ə) öz hərakatı ilə bütün müsəlmanlar bildirdi ki, Allahın dinin əgər insanın canına, malına və s. ehtiyac duyulduqda insan əlindən gələni əsirgəməməlidir.

Əgər bir insan bunları Allah yolunda lazım olduqda qurban verməyi bacırırsa demək o şəxs həm imanlı, həm də Allah dininə kömək edən bir şəxsdir. Yox əgər qurban verməyi bacırmırsa o şəxsin imanı çox zəifdir və Allahın dininə də kömək etməmişdir. İnsanın dildə müsəlmançılığı qəbul etməsi ilə dini tamamlanmır və tam müsəlmançılıq dildə deyilən sözlər və dindarlıq deyildir. O əməllər adət-ənənə kimi insanlar arasında yayılmış əməllər hesab olunur. Kommunist rejimi dövründə tarix kitablarında müsəlmançılıq bir din kimi yox bəlkə qəbilə tayfa kimi qələmə alınmış və özünə məxsus bir sıra adət-ənənələri ilə tanıtdırılmışdır. Məsələn; tat, talış və s. Qəbilələrin bir sıra adət-ənənələri olduğu kimi İslam dinini də qəbilələşdirib bir-neçə adət-ənənə ilə tanıtdırmışlar. O ənənələrdən biri uşağa sünnət toyu etmək idi. Bu əməli İslamın qayda-qanunu və Peyğəmbərin buyurduğuna əsasən deyil, bəlkə bir sıra adət kimi bildirmişlər. Bu ənənələrdən biri bu idi ki, müsəlman dünyadan gedərkən onu kəfənə büküb dəfn edərdilər. Müsəlmançılığı bu kimi ənənələrlə qəbilələşdirmişdilər. Onların bu işi görməkdə məqsədi müsəlmançılığı aradan aparıb dini hörmətdən salmaq.

Lakin müsəlmançılıq din, islam təkcə bu kimi əməllər və ənənələrlə tamamlanmır. Müsəlmançılıq odur ki, əgər uşağı sünnət edirlərsə və meyiti kəfənə bükərlərsə adət-ənənə kimi yox, Allahın hökmünü və dinin qanunlarını icra etmək niyyəti ilə olmalıdır. Dindarlıq odur ki, insan Allahın göndərdiyi şəri hökmləri oxuyub öyrəndikdən sonra onlara əməl etsin.

İmam Hüseyn (ə) Kərbəla qiyamında bizə əsl müsəlmançılığı və dindarçlığı öyrətmişdir. O həzrət öz qiyamı və şəhadəti ilə bütün müsəlmanları başa saldı ki, insan Allahın dinini qoruyub saxlamaq üçün canından, malından, qanından, övladından bir sözlə hər şeydən keçməyi və Allaha qurban verməyi bacarmalıdır.

İmam Hüseyn (ə) öz qiyamı və hərəkatı ilə bunları açıq şəkildə bizə öyrədir və başa salır ki, Allahın dinini qorumaq üçün hər nə lazım olarsa onu qurban verməyi bacarmalıdır.

İNSAN ALLAHIN ONDAN NƏ İSTƏDİYİNİ BİLMƏLİDİR

Qeyd olundu ki, insan bu işi görmək üçün və bu mərhələyə çatmaq üçün iki səbəb lazımdır. O səbəblərdən biri odur ki, insan Allahın ondan nə istədiyini düşünüb bilməlidir. Yəni insan bilməlidir ki, Allah ondan nə istəyir. Bunu bilmək üçün insan Allah yaxın olamlıdır. Əgər yaxın olmazsa onda Allahın ondan nə istədiyini tapa bilməz. Əgər insan Allaha bəndə olarsa və Onun buyurduqlarına əməl edərsə onda o şəxs düzgün fikirləşib, Allahın ondan nə istədiyini və haqq yolu tapa bilər. Yox əgər Allaha iman olmazsa və Ona ibadət etməzsə heç vaxt Allahın ondan nə istədiyini tapa bilməycək.

Allah-təala Qurani-Kərimdə buyurur:

إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ

Həqiqətən, kafirləri əzabla qorxutsan də, qorxutmasan da, onlar üçün birdir: iman gətirməzlər.

Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir.

O ayədən açıq-aşkar məlum olur ki, qəlbi və gözü möhürlənmiş gözlərinin önünə pərdə çəkilmiş insanlar heç vaxt Allahın onlardan nə istədiyini başa düşməzlər.

Burada bir incəliyi qeyd etmək lazımdır ki, Allaha dildə iman gətirib onun hökmlərinə əməl etməyən insanlar da Allahın onlardan nə istədiyini bilməzlər. Çünki təkcə dildə iman gətiməyi insana olan faydası budur ki, müsəlmançılıq qəbul etmiş və belə şəxslər ölən zaman müsəlman qəbirstanlığında dəfn olunmalıdır. Dildə islamı qəbul etməyin insana olan faydası yalnız budur. Əsas bəhsimiz budur ki, bir şəxs Allahın ondan nə istədiyi bilmək üçün insan gərək Allahın varlığına və Onun ədlinə şəhadət versin, sonra Peyğəmbərin(s) nübüvvətini, sonra imamın imamətini və məadı qəbul etdikdən sonra dinin hökmlərini də öyrənib əməl etməlidir. İnsan Allaha iman gətirdikdən sonra gərək özünü haram olan əməllərdənqorusun və ona vacib olunan əməlləri yerinə yetirsin. Çünki təkcə dildə iman gətirmək insanın düzgün fikirləşməsi üçün kifayət etmir.

Ümumiyyətlə insan qarşısına çıxan hər bir hərəkətinə fikir verməli, və qarşısına çıxan haram əməllərdən mütləq çəkinməlidir.

ardı var...

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031