Qafillik - insanın ən böyük düşməni
Mьəllif: admin1
Tarix: 10-08-2015, 17:05
Qafillik - insanın ən böyük düşməni

"Qafil insan heç zaman bağışlanmaq barədə düşünmür, ümumiyyətlə, günah etdiyini xatırlamır. Günaha qərq olub, məst və yuxuludur, həqiqətən yuxuda hərəkət edən adam kimidir" - Seyyid Əli Hüseyni Xamenei.

Bir məsələ budur ki, bağışlanmaq istəyini və bu ilahi neməti əldə etmək istəsək, iki xisləti özümüzdən uzaqlaşdırmalıyıq: qafilliyi və qüruru. Qafillik odur ki, insan ondan günahın baş verdiyini ümumiyyətlə, bilməsin və buna diqqət yetirməsin... Hər halda, dünyada və insanlar arasında belə adamlar var. Onlar qafildirlər: günah edirlər, lakin onun baş verdiyinə diqqət yetirmirlər. Yalan danışırlar, təxribat aparırlar, qeybət edirlər, zərər vururlar, dağıntı yaradırlar, qətl törədirlər, müxtəlif günahsız insanlara papuş tikirlər, ucqar üfüqlərdə və geniş miqyasda xalqlar üçün qorxulu yuxular görürlər, xalqı azdırırlar və bu səhv işləri gördüklərinə əsla diqqət də yetirmirlər. Əgər kimsə ona "günah edirsən" - desə, laqeydliklə qəhqəhə çəkib ələ salması da mümkündür: "Günah?! Nə günahı?!"

Bu qafil insanların bəzilərinin ümumiyyətlə, savaba və əzaba inamı yoxdur. Bəzilərinin savaba və əzaba inamı var, lakin qəflət içərisindədirlər və nə iş gördüklərini bilmirlər. Əgər bunu özümüzün gündəlik həyatımızda bir qədər kiçiltsək, görəcəyik ki, həyatımızın bəzi halları qafillərin halına bənzəyir. Qafillik çox qəribə bir iş və böyük təhlükədir. Bəlkə də insan üçün heç bir təhlükə qafillikdən ciddi və heç bir düşmən qafillikdən böyük deyil. Bəziləri belədirlər.

Qafil insan heç zaman bağışlanmaq barədə düşünmür, ümumiyyətlə, günah etdiyini xatırlamır. Günaha qərq olub, məst və yuxuludur, həqiqətən yuxuda hərəkət edən adam kimidir. Əxlaq və seyri-süluk adamları buna görə əxlaq məsləkində və nəfsi paklamada yolçuların mənzillərini bəyan edərkən insanın qafilikdən çıxmaq istədiyi bu mənzilin adını Oyanış mənzili qoyurlar.

Qafillik qarşısında diqqət

Quran terminlərində qafilliyin əksi təqvadır. Təqva - sayıq olmaq və daim özünə nəzarət etməkdir. Əgər qafil insan onlarla günah edir və günah etdiyini əsla hiss etmirsə, təqvalı insan onun tam əksinədir. Azca günah da etsə, tez fikir verir ki, günah etmişdir və onu düzəltmək lazımdır: "Təqvalılara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar xatırlayıb düşünərlər". Şeytan onun yanından keçən kimi, şeytanın küləyi ona toxunan kimi tez səhvə və qafilliyə düçar olduğunu hiss edir və xatırlayır. Belə adamın gözü açıqdır.

Mənim əzizlərim! Qardaş və bacılar! Kim olsanız, diqqətli olun. Bu müraciət xalqın xüsusi bir qrupuna aid deyil ki, deyək məsələn, az məlumatlı insanlar, savadsız insanlar, yaxud gənc və azyaşlılar buna fikir versinlər. Xeyr, hamıya aiddir. Alimlər, görkəmli şəxsiyyətlər, böyüklər, kiçiklər, pullular, yoxsullar - hamı diqqətli olmalıdır; çünki ən azı bəzən qafillik onların da yaxasını tutur və qafil olurlar; ümumiyyətlə, günah edirlər, lakin günah etdiklərinə diqqət yetirmirlər. Bu, böyük məsələdir. Mən və siz etdiyimiz günaha diqqət yetirmirik. Günah etdiyimizi bilmədiyimizdən ona görə tövbə etmir və bağışlanmaq istəmirik. Qiyamət günü gözlərimiz açıldıqda isə görəcəyik ki, əməl dəftərimizdə qəribə şeylər var. İnsan təəccüb edəcək ki, mən bu işləri nə vaxt görmüşəm; ümumiyyətlə, xatırlamayacaq. Bu, qafilliyin günahı və problemidir. Deməli, bağışlanmaq istəyinin bir maneəsi qafillikdən ibarətdir.

Kitabın adı: STRATEGİYA (İkinci cild) Ayətullah Xamenei
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031