Qiyamət günü insanlar arasında ən çox ac qalanlar bu dünyada çox tox olanlardır
Mьəllif: Admin
Tarix: 4-04-2023, 10:45
Qiyamət günü insanlar arasında ən çox ac qalanlar bu dünyada çox tox olanlardır
Ayətullah Cavadi Amuli buyurur:

Mübarək ramazan ayı aləmin sirlərinə baş vurmaq üçün münasib fürsətdir. İnsan yalnız öz qüvvəsini qoruyacaq qədər qida istifadə etməklə kifayətlənməlidir. Heç kəs dolu qarınla bir yerə gedib çıxa bilməz. İslam əxlaqında deyilir: «İnsan qarnını doldurmaqdan daha pis heç nəyi doldurmayıb».[1]

Dolu qarın düşüncə yolunu bağlayar. Çox yeyən insan heçnə anlamaz, aləmin batininə və sirlərinə əsla baş vura bilməz.

Dolu qarın iradəsizlik və başaşağılıq gətirər. Yeməkdə orta həddi qorumaq sağlamlıq, uzun ömür və qəlb nuraniyyəti bəxş edər. Həddən artıq yemək, artıqların həzm olunduğu müddətdə ruhu məşğul edər, bədənin daha çox enerji sərf etməsinə və nəticədə insanın vaxtından əvvəl əldən düşməsinə səbəb olar. Adətən çox yeyən insanlar çox yaşamazlar.

Çox yemək yorğunluq və yuxunu artırar. Peyğəmbərin (s) səhabələri Həzrətin (s) yanına gələndə onlardan soruşardı: «Ötən gecə sizə müjdə olacaq nə yuxu görmüsünüz? İnsan bir şey analamaq üçün yatar, çox yatmaq üçün çox yeməz».[2]

Bir nəfər Peyğəmbərin (s) yanında gəyirdi. Həzrət (s) ona dedi: «Az yemək ye! İnsan o qədər yeməlidir ki, başqalarının yanında gəyirməsin. Qiyamət günü insanlar arasında ən çox ac qalanlar bu dünyada çox tox olanlardır».[3]

Həzrət Əlinin (ə) barəsində belə nəql olunur: Bir gün o, bağbana dedi: «Yemək varındırmı?»

O, cavab verdi: «Varımdır, amma sizə layiq deyil! Yağsız balqabaq bişirmişəm».

Həzrət dedi: «Gətir!»

Həzrət əllərini yuyub həmin yeməkdən yedi və öz qarnını göstərib bağbana dedi: «Qarın belə sadə yeməklə də doyar. Vay o kəsin halına ki, qarnı onu cəhənnəmə aparacaq».[4]

(ahliman.info)

[1] «Bihar» cild 63, səh. 330.

[2] «Kafi» cild 8, səh. 90.

[3] «Vəsailuş-şiə» cild 16, səh.410.

[4] «Əl-kina vəl-əlqab» cild 3, səh.138.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031