Qiyamət günü üzü ağ və üzü qara olanlar
Mьəllif: admin1
Tarix: 8-01-2021, 11:31
Qiyamət günü üzü ağ və üzü qara olanlar
Qiyamət günü insanlar qəbirdən qalxan zaman bəzilərinin üzü ağ və bəzilərinin üzü qara olacaqdır. Bu onların dünyada etdikləri əməllərinə görədir.

O kəslər ki, dünyada Məsum İmamların (ə) vilayətini qəbul ediblər – Allah onları zülmətdən nura tərəf aparar. Həmin günü nurani sima ilə məhşur olarlar.

Ancaq o kəslər ki, şahlara iman gətirib, onların vilayətini qəbul ediblər – onlar Qiyamət günü üzü qara halda qəbirdən qalxarlar.

“Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!».

Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar”. (“Ali-İmran” 106-107).

Yuxarıdakı ayə buyurur ki, Qiyamət günü bəzilərinin üzü ağa və bəzilərinin üzü qara olacaqdır. Üzü qara olanlara deyiləcəkdir ki, niyə iman gətirdikdən sonra küfr etdiniz? Niyə nifaq yolunu seçdiniz?

Halbuki, möminlər üzü ağ və nurani olacaqlar. Onlara deyiləcəkdir ki, siz Allahın rəhmətində qərar tutmusunuz və burada əbədi qalacaqsınız.

Ona görə də deyə bilərik ki, necə ki, iman insanın üzünü ağ edir, imansızlıq və küfr – əksinə, insanın üzünü qara edən amillərdəndir.

Uca Allah günah edən insanlar barəsində buyurur: “Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir.

Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar”. (“Yunus” 27).

Həmçinin Allaha yalan qoşanlar barəsində buyurur: “Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!”. (“Zumər” 60).

Allah Təala bizləri üzü ağ, nurani olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930