Görəsən heyvanlar insanları başa düşürmü?
Mьəllif: admin1
Tarix: 11-12-2020, 21:16
Görəsən heyvanlar insanları başa düşürmü?
Biz heyvanlar haqqında lazımlı məlumata malik deyilik. Texnologiyanın inkişaf etməsinə baxmayaraq, bu sahədə hələ də məlumatsızıq. Eyni zamanda, biz heyvanlarda zəka və məharətlərin əlamətlərini görürük.

Arıların özlərinə ev tikməsi, qarışqanın qış tədarükü görməsi, onları anbarlara yığması, hər bir heyvanın düşmən qarşısında özünü müdafiə etməsi və hətta onların bir çox xəstəlikləri müalicə etmək qabiliyyəti – bütün bunlar onların zəka və məharətlərindən xəbər verir.

Uzaq fasilədə olmasına baxmayaraq, öz yuvasını tapması, qida görən zaman başqalarına xəbər vermək qabiliyyəti – bunların hamısı hələ də bizim üçün məchul sayılan şeylərdir.

Bununla yanaşı, heyvanları əhliləşdirən zaman elə şeylər edirlər ki, hətta insanlar o şeyləri etməkdə acizdirlər. Ancaq hələ də məlum deyildir ki, onların biz insanların dünyasından nə qədər xəbərləri vardır. Görəsən onlar bilirmi ki, biz kimik və nə edirik?

Onlar bizim danışıqlarımızı başa düşürlərmi?

Ola bilsin ki, onlarda belə bir qabiliyyət olmasın. Çünki yer üzərində yaşayan insanların müxtəlif dilləri vardır. Bu dillərdən məlumatlı olmaq – heyvanlar üçün mümkünsüz görünür.

Ancaq yenə də demək lazımdır ki, bu mövzu hələ də bizim üçün məchuldur. Biz hələ də bilmirik ki, heyvanlar bizim dilimizi başa düşürlər, yoxsa yox?

Ancaq bəzi Quran ayələri və hədislərimiz buyurur ki, İlahi peyğəmbərlər (ə) və İlahi övliyalar heyvanların dilini bilir və onlarla söhbət edirdilər.

“Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin»”. (“Səba” 10).

Lakin heyvanların bizim dilimizi başa düşməsi mövzusu hələ də həll olunmamışdır. Baxmayaraq ki, Həzrət Süleymanın (ə) zamanında xüsusi hud-hud quşu vardı ki, onun və başqa insanların dilini başa düşürdü. Ancaq bir hud-hudun bu qabiliyyətinə görə demək olmaz ki, bütün heyvanlar insanların dilini başa düşürlər. (Hədənə)

Bəli, heyvanların müəyyən dərəcədə insanı başa düşməsi – faktdır. Belə ki, əhliləşdirilən heyvanların işarələri başa düşməsi, ev heyvanlarının komandalara əməl etməsi – bunlara hamısı ona dəlalət edir ki, hansısa səviyyədə heyvanlar insanları başa düşürlər.

Amma, birmənalı olaraq demək olar ki, adi halda bu başa düşməklik – nitq müstəvisində deyil, hansısa emosional, işarəvi, intuitiv sferadadır.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930