Əgər əlimdən tutmasan, mən nə edərəm?!
Mьəllif: admin1
Tarix: 11-12-2020, 21:14
Əgər əlimdən tutmasan, mən nə edərəm?!
Allahım, bəzən nə göz yaşlarım məni sakitləşdirir və nə də gülməyim.

Nə fəryad çəkməyim məni aram edir, nə sükutum.

Gözüm yaşlı səmaya tərəf üz çevirirəm və deyirəm: “Allahım, ancaq Sən mənim üçün varsan, ona görə məni tək və tənha qoyma!”.

Allahım, mənə rəhm elə! Öz lütfünlə məni hidayət et.

İlahi dərgahına üz çevirmişəm, günahlarım çoxdur. Əgər günahlarımı ifşa etsən, xəcalətimdən fəryad çəkərəm. Ah bu xəcalətdən.

Günahlarım məni zəncirə salmışdır və əl-ayağımı bağlamışdır. Əgər əlimdən tutmasan, mən nə edərəm?!

Bir müddət yolumu azmışdım. Dərgahına üsyan etmişdim. Allahım, yenə dərgahına gəlmişəm. O təqsirlərimə görə məni bağışla və tövbələrimi qəbul et. Çünki Səndən başqa kimsəm yoxdur. Nə geri qayıda bilirəm, nə də Sənsiz qala bilirəm.

İlahi, Xaliqim, Pərvərdigara, Kərim, Rəhim, Mehriban və Bağışlayan! Səni and verirəm, izzət və cəlalına, Səni and verirəm Əhmədinin (s) nuruna, Səni and verirəm nurlu kəlamın olan Qurana, Səni and verirəm 12 seçilmiş İmamına (ə) – günahlarımı bağışla və məni əfv et!

Məni Sənsiz qoyma!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930