Hər peyğəmbər (ə) öz davamçılarına şəfaət verəcəkdir
Mьəllif: admin1
Tarix: 24-02-2022, 10:53
Hər peyğəmbər (ə) öz davamçılarına şəfaət verəcəkdir
Hədislərimiz buyurur ki, Qiyamət günü hər peyğəmbər (ə) öz məbus olduğu qövmə şəfaət verəcəkdir. Onların şəfaəti hansı vəziyyətə aiddir?

Hər bir peyğəmbər (ə) müəyyən bir qövm üçün məbus olar ki, onları islah edib, Allah yoluna gətirsin. Əgər onun dini təhrif olunmamış ona itaət edən insanlar onun buyurduqlarına əməl edərək dünyalarını dəyişərsə, bu zaman həmin peyğəmbərin (ə) şəfaəti onlara şamil olar.

Ancaq əgər bu ümmət sonrakı peyğəmbəri (ə) inkar edib, onu qəbul etməzlərsə və onlara hüccət tamam olduqdan sonra da tərslik edərlərsə – həmin peyğəmbərin (ə) şəfaəti onlara şamil olmaz.

Misal üçün, Həzrət Musa (ə) Həzrət İsaya (ə) qədər yaşamış və mömin olmuş yəhudilərə şəfaət verəcəkdir. Həzrət İsa (ə) da Həzrət Muhəmmədə (s) qədər yaşamış mömin xristianlara.

Ancaq o yəhudilər ki, Həzrət İsanın (ə) zamanında yaşayıblar və o xristianlar ki, Həzrət Muhəmmədin (s) zamanında yaşayıblar – o zaman öz peyğəmbərlərinin (ə) şəfaətinə layiq olarlar ki, İlahi hüccət onlara tamam olmamış olsun və onlar sonrakı din haqqında heç bir xəbər eşitməmiş olsunlar.

Ancaq o kəslər ki, inadkarlıq üzündən sonrakı dini inkar ediblər və onu qəbul etməyiblər – onların şəfaət olunması çətin məsələdir. Çünki, üzərlərinə düşən vəzifələrini yerinə yetirməyiblər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031