Şəfaət nədir, necədir, kimlərə aiddir?
Mьəllif: admin1
Tarix: 4-01-2018, 22:43
Şəfaət nədir, necədir, kimlərə aiddir?
Şəfaət kəlməsinin mənası iki şeyin bir-birinin yanında qərar tutmasıdır. İslam dinində şəfaət İlahi seçilmişlərin vasitəçilik etməsidir.

Şəhid Mütəhhəri yazır: “Şəfaətin növləri vardır ki, bəziləri yanlış və zalımcasınadır. İlahi dərgahda belə biri yoxdur. Ancaq bəziləri isə düzgün və adilcəsinədir. Şəfaətin əqli və nəqli cəhətdən yanlış hesab edilən növü odur ki, günahkar vasitə tapar və onun vasitəsilə İlahi hökmə nüfuz edər. Ancaq düzgün şəfaət, qanunu təsdiq edər”.

Şəfaət iki cürdür:

1. Rəhbərin şəfaəti və ya əməl şəfaəti.

2. Məğfirət şəfaəti və ya fəzl şəfaəti.

Rəhbərin şəfaəti elə bir şəfaətdir ki, əzabdan nicat tapmağa və dərəcələrin yüksəlməsinə şamil edilir. Məğfirət şəfaəti o şəfaətdir ki, əzabın təsirini aradan aparar və günahların əfv olmasına şamil olar. Ancaq insanı yüksək dərəcəyə çatdırmaz. Həzrət Peyğəmbər (s) bu cür şəfaət haqqında buyurur: “Mən şəfaətimi ümmətimdən kəbirə günaha düçar olan günahkarlar üçün saxlamışam. Ancaq yaxşı əməl sahibləri cəzalanmayacaqlar”.

Bəs kimlər şəfaət verə bilər?

İlahi peyğəmbərlər (ə) şəfaət verə bilərlər. Əlbəttə ki, ən böyük şəfaət məqamına Həzrət Peyğəmbər (s) də bu məqama malikdir. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, heç bir peyğəmbər Allahın icazəsi olmadan şəfaət edə bilməz, İslam peyğəmbərindən (s) başqa. Allah Təala Qiyamətdən əvvəl şəfaət etmə icazəsini ona vermişdir. Şəfaət ilk o Həzrət (s) üçündür və övladlarından olan İmamlar (ə) üçündür, sonra digər peyğəmbərlər üçündür.

Bəli, məsum İmamlar (ə) da şəfaət edəcəklər. İmam Sadiq (ə) “Şüəra” surəsinin 100-cü ayəsi haqqında buyurmuşdur: “Şəfaət edənlər İmamlardır və dostlar isə möminlərdir”. Hədislərdə Həzrət Fatimənin (s.ə) və hətta siqt olmuş övladının şəfaət edəcəkləri deyilir.

İmam Əli (ə) buyurur: “O cümlədən alimlər və şəhidlər şəfaət edərlər”.

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü olan zaman Allah alimi və abidi dirildər. Alimə deyər ki, insanları yaxşı tərbiyə etdiyin üçün onları şəfaət et”.

O cümlədən şəfaət edənlər İmam Hüseyn (ə) qəbrini ziyarət edənlərdir. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) zəvvarına deyilər ki, hər kimin əlini istəyirsənsə tut və onları behiştə apar”. O cümlədən mələklər də şəfaət verərlər. Quran da şəfaət edər.

Quran Qiyamət günü şəfaət verər.

O kəs ki, cavanlıqda Quran oxuyar və bu Quran onun canına və qanına nüfuz edər, Quran Qiyamət günü onu himayə edər. İlahi dərgaha ərz edər: “Allahım! Hər əməl sahibi öz əməlinin əcrinə çatmışdır. O kəslərdən savayı ki, mənim dediklərimə əməl ediblər. Allahım! Öz ətanı onlara çatdır”.

Allah behişt geyimlərindən ikisini ona geyindirər və kəramət tacını onun başına qoyar. Bu zaman Qurana xitab edər və deyər ki, bundan artığını etmək istəyirdim. Sonra Allah əmin məqamını sağ əlinə qoyar və onu behiştə daxil edər. Ona deyilər ki, Qurandan bir ayə tilavət et və bir dərəcə yüksəyə get. Bu zaman Qurana xitab olar ki, ona ətamızı verdik, səni razı saldıqmı? Quran deyər: “Bəli, Allahım!”

Beləliklə, Quran şəfaət edər. Həzrət Peyğəmbər (s) buyurur: “Quran şəfaət edəndir və onun şəfaəti qəbul olar”. Həzrət (s) başqa yerdə buyurur: “Quranı öyrənin, çünki Quran Qiyamət günü səhabəsini şəfaət edəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc və Quran - oruc tutan və gecələri Quran tilavət edən insanlara şəfaət edər. Oruc deyər: “Allahım! Bu şəxsə gündüz yemək yeməyə və şəhvətinə mane olmuşam. Mənim ona görə şəfaətimi qəbul et”. Quran deyər: “Mən bu şəxsi gecə yuxusundan saxlamışam. Mənim ona görə şəfaətimi qəbul et. Hər ikisinin şəfaəti qəbul olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Şəfaət edənlər beş dənədir: 1. Quran. 2. Qohumlar. 3. Əmanət. 4. Peyğəmbər (s). 5. Əhli-beyt (ə)”.

İmam Əli (ə) buyurur: “Bilin ki, Quran şəfaət verəndir və onun şəfaəti qəbul olar. Deyəndir və sözü təsdiq olunar. Hər kimi Qiyamət günü Quran şəfaət edərsə, Quranın şəfaəti qəbul olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930