İman gətirən cinlərin İmamlarla (ə) görüşü
Mьəllif: admin1
Tarix: 17-01-2019, 11:04
İman gətirən cinlərin İmamlarla (ə) görüşü
“De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, cənnətlik və cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».

«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə, biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq»”. (“Cinn” 1-2).

Səyid Əskaf nəql edir: “Bir gün İmam Baqirə (ə) vacib işim düşmüşdü. Evinə daxil oldum və otağına girmək istəyən zaman, İmam (ə) buyurdu: “Tələsmə!”.

Mən İmamın (ə) evinin həyətində gözləməyə başladım. Bir müddət sonra otaqdan bir neçə şəxs çıxdı və mənə tərəf gəldi. Onlar çoxlu ibadət etməkdən arıqlamışdılar. Allaha and olsun ki, onların mənəvi siması məni elə heyrətləndirdi ki, özümü unutdum.

Həzrətin (ə) yanına gedən zaman mənə buyurdu: “Sanki narahat olmusan?” Dedim: “Bəli. Allaha and olsun ki, öz halımı unutdum. Mən ömrümdə bu qədər xoş qiyafəli insanlar görməmişdim”.

Buyurdu: “Ey Səyid! Onlar sənin cin tayfasından olan qardaşlarındır”.

Dedim: “Sizin xidmətinizə gəlmişdilər?”.

Buyurdu: “Bəli, gəlirlər və dini məsələləri bizdən soruşurlar””.

Əbu Həmzə Somali nəql edir: “Bir gün İmam Baqirin (ə) yanına girmək üçün icazə istədim. Dedilər ki, Həzrətin (ə) yanında bir neçə nəfər vardır. Mən də ona görə səbir etdim ki, onlar çıxsınlar. Bu zaman elə insanlar çıxdılar ki, mən onları tanımırdım və mənə qərib gəldilər.

Həzrətin (ə) yanına girən zaman narahat halda dedim: “Qurbanın olum, indi Bəni-Öməyyə zamanıdır. Onların qılınclarından qan axır. (Yəni, ehtiyatlı olmaq lazımdır)”.

Həzrət (ə) buyurdu: “Ey Əbu Həmzə! Onlar bizim davamçılarımız olan cin tayfası idi. Gəlmişdilər ki, öz dini suallarını versinlər. Məgər bilmirsənmi ki, İmam (ə) – cin və inslər üzərində Allahın hüccətidir?””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031