Pisliklərin qarşısında qərar tutan yaxşılıqlar ordusu
Mьəllif: admin1
Tarix: 29-12-2018, 11:10
Pisliklərin qarşısında qərar tutan yaxşılıqlar ordusu
İmam Sadiq (ə) öz nurani hədisində bizə həm yaxşılıqların və həm də pisliklərin ordusunu tanıtmışdır ki, onlarla tanış olaq:

Yaxşılıq ağlın vəziridir – pislik cəhalətin vəziridir.

İman – küfr.

Təsdiq – inkar.

Ümidvarlıq – naümidlik.

Ədalət – zülm.

Razılıq – küsmək və qəzəblənmək.

Təşəkkür etmək – naşükürlük etmək.

İlahi rəhmətə göz dikmək – rəhmətindən ümidsiz olmaq.

Allaha təvəkkül və etimad etmək – hərislik etmək.

Yumşaq qəlb – sərtləşmiş qəlb.

Mehribanlıq – kinlilik.

Bilik və dərk – nadanlıq.

Şüur – axmaqlıq.

İffət – rüsvaylıq.

Təqva – dünyapərəstlik.

Xoşüzlü olmaq – pis rəftar etmək.

Təvazökarlıq – lovğalıq.

Aramlıq – tələsmək.

Aqil olmaq – ağılsızlıq.

Sükut – çox danışmaq.

Haqqa təslim olmaq – şübhələrdə olmaq.

Səbir – taqətsizlik.

Güzəştli olmaq – intiqam almaq.

Ehtiyacsızlıq – ehtiyaclılıq.

Yadda saxlamaq – unutmaq.

Mehribanlıq – inzivaya çəkilmək.

Qənaət – tamah.

Dostluq – düşmənçilik.

Əhdə vəfa etmək – vəfasızlıq.

Əmrə qarşı müti olmaq – itaətsizlik.

Salamatlıq – xəstəlik.

Sevgi – nifrət.

Doğru danışmaq – yalan danışmaq.

Haqq – batil.

Əmanətdarlıq – xəyanət.

Qəlb paklığı – qəlbin napak olması.

Zirəklik – geridə qalmaq.

Sirr saxlamaq – sirri ifşa etmək.

Bir sifətli olmaq – ikiüzlü olmaq.

Üstünü örtmək – ifşa etmək.

Namaz qılmaq – namazı zay etmək.

Oruc tutmaq – orucu yemək.

Cihad etmək – cihaddan qaçmaq.

Həcci yerinə yetirmək – həcc əhdini pozmaq.

Sözü saxlamaq – sözü yaymaq.

Ata və anaya yaxşılıq etmək – ata və anaya itaətsizlik etmək.

Həqiqətlə olmaq – riyakarlıq.

Yaxşılıq – pislik.

Özünü örtmək – özünü bəzəmək.

Özünü ər üçün bəzəmək – zina etmək.

Pakizəlik – pintilik.

Həya – həyadan uzaq olmaq.

Mötədillik – həddi aşmaq.

Bərəkətə malik olmaq – bərəkətsizlik.

Sağlam – giriftar.

Mətanət – yüngüllük.

Səadət – bədbəxtlik.

Tövbə - günaha davam etmək.

Bağışlanma istəmək – yersiz tamah etmək.

Diqqət etmək – səhlənkarlıq.

Dua etmək – itaətsizlik.

Şadlıq – süstlük.

Qəlbin şad olması – qəmginlik.

Yaxın olmaq – uzaqlaşmaq.

Səxavət – simiclik.

Allah Təala bizləri yaxşılıq əhlindən qərar versin, inşəallah!




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031