Əllərinizi qaldırıb “Ya Allah” deyin ki qəlbiniz titrəsin – İmam Əli (ə)
Mьəllif: admin1
Tarix: 15-12-2018, 10:48
Əllərinizi qaldırıb “Ya Allah” deyin ki qəlbiniz titrəsin – İmam Əli (ə)
Qurani Kərim insanların yaradılışındakı hədəfin ibadət olduğunu bildirir. İbadəti insanın Allah qarşısında bir vəzifəsi bilir.

İbadət deyildikdə çox zaman namaz, oruc və bu kimi müəyyən edilmiş əməllər yada düşür. Lakin, bu kəlimə daha geniş mənaları əhatə edərək ümumilikdə Allaha qul olmaq, itaətkar olmaq, bəndə olmaq mənasını verir.

O cümlədən insanın özünü Allah qarşısında “yox” bilməsi, Ona möhtaclığını təsdiq etməsi, əl açıb Ondan diləməsi özü də itaət və bəndəçiliyin bir nümunəsidir.

Qurani Kərimdə, Allah buyurur ki, Məndən istəyin, Məni çağırın ki, sizə Öz dərgahımdan, sonsuz xəzinələrimdən əta edim. Bunun üçün təkəbbürlülük göstərməyin. Allah qarşısında itaətkar olun. (Ğafir-60)

Quran dauanı və Allahdan istəməyi də ibadət və itaətdən hesab edir. Çünki dua insanın rəbbi ilə ünsiyyəti, Ona olan dərin etiqadının və inamının nəticəsidir. Bu səbəbdən insan dua edib istəyərkən öncə qəlbini və bütün varlığını buna hazır etməlidir.

Həzrəti Əli (ə) dua barəsində tövsiyə edərək buyurur: “Nə zaman dinində və dünyanda böyük bir işlə (bəla ilə) qarşılaşsan, dəstəmaz al və əllərini göyə qaldıraraq yeddi dəfə “Ya Allah” de! Allah sənin duanı mütləq qəbul edər.” (Səfinətul-bihar, Zubdətul-əhadis)

Bəli İmamın da (ə) buyurduğu kimi dua edib istədikdə gərək insanın qəlbi iman və etimadla dolsun. Qəlbu bu hisslərdən titrəsin ki, rəbbi ilə ünsiyyət qura bilsin.



(“İslaminSesi”)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031