Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi – Şüəra-87
Mьəllif: admin1
Tarix: 27-07-2018, 10:03
Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi – Şüəra-87
Qurani-Kərim özündə bir çox mövzuları ehtiva edir ki, bunlardan biri də saleh bəndələrin Rəbbi ilə ünsiyyət nümunələridir.

Bu kimi ünsiyyətlərlərin Quranda qeyd olunması düşünən insanlara müəyyən mətləblərin izahı üçündür. Çünki insanın Rəbbi ilə münacatı bir etiqad göstərisidir. Saleh bəndə Rəbbini tanıyıb, doğru etiqada malik olduğu üçün Mütəal Allah onun danışıq və ünsiyyətini misal çəkir. Bu da Quranın bir növ hidayətidir.

Bu saleh bəndələrdən biri də Həzrət İbrahimdir (ə). Quran, İbrahim (ə) peyğəmbərin dilindən bir çox ünsiyyət nümunələri qeyd olunub. Bunlardan biri də Şüəra surəsinin 87-ci ayəsidir:

وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ

Və Lə tuxzini youmə yubəsun.

(Allahım, insanların ) dirildəcəyi gün məni zəlil (rüsvay) etmə!

Qeyd etdiyimiz kimi saleh bəndələrin hər bir işi, sözü nümunə və etiqaddır. Həzrət İbrahim (ə) bu kiçik həcmli cümlədə böyük hikmət eks etdirir:

Allahı təsdiq edir,

Özünün bəndə olmasını və möhtaclığını etiraf edir,

Qiyaməti, insanların hesab verəcəyini diqqətə çatdırır,

Qiyamətin cəza və mükafatını etiraf edir.

Bu da yaradılışın son qayəsini, insanın vəzifəsini və yetişəcəyi son mənzili əhatə edir ki, həzrət İbrahim (ə) bunları istəməklə Rəbbin rəhmətinə sığınır və insanın aciz və möhtaclığını önə çəkir.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031