İmam Rza (ə) vəliəhd olmasına irad tutan şəxsə belə cavab verdi
Mьəllif: admin1
Tarix: 2-08-2018, 09:27
İmam Rza (ə) vəliəhd olmasına irad tutan şəxsə belə cavab verdi
İmam Kazımın (ə) imamət dövrü ilə peyğəmbər (s) Əhli-beytinə zülmün yeni mərhələsi başlayır. Bu sürgün və həbs etmələr mərhələsi idi. İmam Kazım (ə) ömrünün böyük hissəsini həbslərdə olmuş, hətta Mədinədən İraqa sürgün edilən ilk imamdır.

Sonrakı imamların da taleyi buna misal çəkmək olar. Hətta İmam kazımın (ə) özü ilə bərabər bütün övladları da sürgün həyatı yaşayıb. Buna misal olaraq Məşhəd şəhərində İmam Rzanı (ə), Bağdada İmam Cavadı (ə), Bakıda Hökümə Xanımı və digər imamzadələri, Gəncədə imamzadəni, Qum şəhərində Məsumə Xanımı, İsfahan və Rəştdə İmam Kazımın (ə) digər iki qızını, Samirrada İmam Hadini (ə) və İmam Həsən Əskərini (ə), digər İslam coğrafiyalarına, o cümlədən Azərbaycana sürgün edilmiş digər imamzadələri (ə) misal çəkmək olar.

İmam Rzanın (ə) xəlifə Məmun tərəfindən Mərv şəhərinə gətirilməsi və vəliəhdlik təklif olunması da bir növ sürgün idi. Çünki İmamın (ə) siyasi işlərə qarışmamaq şərti bunun bir göstəricisisdir.

Lakin bununla belə bəziləri İmama (ə) irad tutur, İmam (ə) Məmunun xilafətini qəbul etdi deyirlər. Hətta bir kişi İmam Rzaya (ə) deyir: Allah səni islah etsin. Necə oldu ki, sən də Məmun kimi oldun?

İmam (ə) cavab verir: Allahın peyğəmbəri üstündür, yoxsa onun (peyğəmbərin) vəlisi?

Kişi: Əlbəttə peyğəmbər!

İmam (ə): Müsəlman üstündür, kafir?

Kişi: Əlbəttə müsəlman!

İmam (ə): Misirin əzizi kafi idi. Yusif isə (ə) bir peyğəmbər! Məmun bir müsəlmandır, mən isə peyğəmbər vəsisi. Yusif (ə) Misir əzizindən istədiki, onu rəhbərliyə seçsin (Yusif-55). Mən buna məcbur edildim!

Ustad Mutəhhəri bu barədə yazır:

“Bu, hər kəsin qəbul etdiyi və bütün məzhəblərin icazə verdiyi bir məntiqdir ki, bir kəs düşmən mexanizminə daxil olub, onların düşüncəsində olmamaq, onlardan olmamaq şərti ilə öz hədəfinə xidmət edə bilər. Burada incə bir fərq vardır.

Hakim dairənin bir parçasına çevrilib, öz gücünü hakim dairənin maraqlarına sərf etsin. Birdə var, hakim dairənin bir parçası olsun, öz inandığı hədəf və etiqadı yolunda hakim dairəyə xidmət göstərsin.” (Dirasətun fi sirətil-əimmətil-əthar)


(İslaminSesi)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031