Kəramət günlərinin mahiyyət və əhəmiyyəti
Mьəllif: admin1
Tarix: 21-05-2023, 11:17
Kəramət günlərinin mahiyyət və əhəmiyyəti

Müsəlmanların səkkizinci imamı İmam Rza hicri-qəməri tarixinin 200-cü ilində Mədinədən Mərvə sürgün edilir.

İmam Xəlifə Məmun tərəfindən Mərvə çağırılsada və ona Mərvdə mühüm siyasi səlahiyyətlər həvalə edilsə də imam onların heç birini qəbul etmədi və dəfələrlə Mədinədən Mərvə gətirilməsinə görə narahatlığını bildirirdi. Məhz buna görə bir çox tarixşünaslar buna sürgün kimi baxırlar.

Rəvayətlərlə görə imam Mədinəni tərk edəndə ələvilərlə sonuncu görüş kimi vidalaşdı və bir daha geri qayitmayacağını bildirdi.

Tarix boyu imamlar və onların ailələri zalim hakimlər və təkfirçilər tərəfindən terrora, qətliama, zəhərlənməyə məruz qalıblar. İmam Rza ilk imam idi ki sürgün edilirdi.

Onun sürgün edilməsindən sonra imamın qardaş və bacıları dözə bilməyib, onun yanına getmək istədilər.

İmamın 4 bacısı Fatimət-Kubra, Fatimət-Vusta, Fatimət-Suğra, Fatimət-Uxra da ailələri ilə birgə imama qovuşmaq üçün uzaq yolu qət etmək niyyətinə düşürlər.

Onlardan heç bir qardaşlarına çata bilmir. Onların ən böyüyü, Fatimət-Kubranın karvanına Savə bölgəsində hücum edilir. Burada Əhli-Beyt düşmənləri onların Mərvə getməyinə imkan vermirlər. Ona görə Məsumə xanım yolunu dəyişərək, Quma getmək məcburiyyətində qalır.

İmam Rzanın bacılarından biri İsfahanda, biri Rəştdə digəri isə Bakıda məskunlaşmalı olur. Beləliklə imamın bacıları qürbətdə qardaş həsrətilə yaşayaraq dünyadan köçürlər.

Həzrət Məsumə xanımın doğum gün çox ehtimalla zil-qədə ayının 1-ə İmam Rzanın doğum günü isə bu ayın 10-a təsadüf edir.

Şiələr bu 10 günü Kəramət günləri kimi qeyd etməklə, imamların və ələvilərin məruz qaldığı daha bir zülmə, sürgünlük zülmünə qarşı olduqlarını nümayiş etdirirlər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930