Bir anın içində Quran hafizi olan insan
Mьəllif: admin1
Tarix: 21-07-2018, 22:11
Bir anın içində Quran hafizi olan insan
Əbu Əmr əcəm idi və Zadan ləqəqi ilə məşhur idi. O, İmam Əlinin (ə) yaxın səhabələrindən hesab olunurdu.

Səyid Xəfaf nəql edir: “Eşitmişdim ki, Zadan çox qəmli və gözəl avazla Quranı oxuya bilir. O, əcəmi olduğu üçün belə bir sual verdim: “Sən Quranı çox gözəl oxuyursan, kimdən öyrənmisən?”.

Zadan dedi: “Bir gün Əmirəl-möminin (ə) mənim yanımdan keçirdi. Mən də şeir oxuyurdum, səsim də yaxşı idi. Belə ki, Həzrət (ə) səsimin gözəlliyindən heyrətə gəlmişdi. Mənə buyurdu: “Ey Zadan! Quranı niyə oxumursan?”.

Dedim: “Quran qiraətini bilmirəm, ancaq namazda vacib olanları bilirəm”.

Həzrət (ə) mənə yaxınlaşdı və qulağıma bir kəlam dedi ki, mənasını başa düşmədim. Sonra buyurdu: “Ağzını aç”.

Sonra öz mübarək ağız suyundan götürüb, sürtdü. Həzrət (ə) məndən bir addım belə aralanmamışdı ki, hiss etdim, bütün Quranı əzbər bilirəm. Ondan sonra Quranı öyrənmək üçün heç kəsə ehtiyacım qalmadı.

Səyid deyir: “Bu hadisəni İmam Baqirə (ə) nəql etdim. Həzrət (ə) buyurdu: “Çünki Əmirəl-möminin (ə) Allahın əzim adını çəkərək dua etmişdir. Və bu cür dua geri qayıtmaz ".
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031