“İslam ümməti Qurandan yararlanmasa zərbə almaqda davam edəcək”
Mьəllif: admin1
Tarix: 26-04-2018, 14:00
“İslam ümməti Qurandan yararlanmasa zərbə almaqda davam edəcək”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Bu gün Tehranda beynəlxalq Quran müsabiqəsinin iştirakçıları qarşısında çıxış edən Ali lider müsəlman ümmətini Qurandan yararlanmağa çağırıb və əks təqdirdə ümmətin davamlı zərbə alacağını vurğulayıb.

“İslam ölkələrinin geridə qalmışlığına fikir verin! Kafirlərin islam ölkələrindən çoxuna nəzarət etməsini diqqətdə saxlayın! Nə görürsünüz?!

Bu müsəlman millətlərini alçaltmaqdır. Bu bir xəstəlikdir. Bilin ki alçalmaq və zillət xəstəliyindən pis xəstəlik yoxdur. Bu Qurandan yararlanmamağa görədir.

Baxın görün Amerikanın prezidenti necə də həyazıscasına deyir ki, əgər biz olmasaydıq ərəb ölkələri bir həftə tab gətirə bilməzdilər. Bu, zillətin pik nöqtəsidir.

Müsəlmanlar gərək hegemonun və Amerikanın qarşısında dursunlar. Bu məsələyə riayət etməsələr, zəlil və alçalmış olaraq qalacaqlar.

Onlar geridəqalmışlığa və fəsada düçar olacaq, ki artıq bu baş verib.” deyə Ayətullah Xamenei növbəti dəfə islam ümmətinə xəbərdarlıq edib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031