DİLİ TUTULMUŞ CAVAN – ÇOX İBRƏTLİDİR
Mьəllif: admin1
Tarix: 25-02-2018, 13:51
DİLİ TUTULMUŞ CAVAN – ÇOX İBRƏTLİDİR
İmam Sadiq (ə) buyurur: “Can üstə olan bir cavanın dili tutulmuşdu və danışa bilmirdi. Peyğəmbər (ə) bu səhnəni gördükdə anasını soraqlaşdı.

Onun yanında dayanmış bir qadın deyir: “Onun anası mənəm.

Həzrət buyurdu: Sən bu cavandan razısanmı?”

Ərz elədi: “Ya Rəsulallah, mən altı ildir ki, onunla danışmıram. O, nankor bir övladdır.”

Həzrət o qadından istədi ki, oğlundan razı olsun.

Dedi: “Ey Peyğəmbər, sənin razılığın xatirinə ondan razı olub təqsirindən keçdim.”

Bu halda cavanın dili açıldı və Peyğəmbərlə (s) danışmağa başladı, canvermənin çətinliklərini bəyan etdi.

İndi o hədisin bir hissəsini qeyd edirik. İmam Sadiq (ə) buyurur: “Peyğəmbəri-Əkrəm (s) bu cavanın başı üstünə gəldi və şəhadət kəlmələrini təlqin edəndə onun danışmağa qüdrəti yox idi.”

Bu hədisdən və məsumların başqa kəlamlarından gözəl şəkildə məlum olur ki, valideynin övladlardan razı olmalarının çoxlu gözəl əsərləri o cümlədən, canvermə halında Allahın qəhrindən, Əzrailin qəzəbindən və ölümün şiddətli anlarından nicat tapır. Habelə, ata-ananı qüssəli etmək dünya və axirətdə, xüsusilə canvermə halında giriftarçılıqlara səbəb olur.

İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031