Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər...
Mьəllif: admin1
Tarix: 21-02-2018, 10:40
Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər...
Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq olmaq barəsində buyurur: “Əgər başında behişt sevdası varsa, ata-anaya yaxşılıq et; əgər cəhənnəm oduna nifrət edir və oraya girmək istəmirsənsə, valideynə əzab-əziyyət verməkdən uzaq ol.”

Başqa sözlə desək, ata-anaya qarşı yaxşı əməl sahibi ol ki, cənnətə daxil olasan. Əgər onlara nifrət etsən, bil ki, cəhənnəm əhlisən. Bütün övladlar öz yolunu seçməkdə azaddırlar: valideynə yaxşılıq edənlər cənnətdə, onlara pislik edib əzab-əziyyət verənlər isə cəhənnəm uçurumundadırlar.

İbrahim ibn Şüeyb adlı bir səhabə deyir: Mən İmam Sadiqə (ə) ərz etdim: “Mənim atam o qədər qocalıb ki, ayaqyoluna gedəndə və başqa işlərdə biz əlimizlə onu bir yerdən başqa yerə aparırıq.”

İmam buyurdu: “Ey İbrahim, əgər (başqa ailə üzvləriniz deyil) sən özün şəxsən bu işləri öhdənə alsan və ona öz əlinlə yemək yedizdirsən, daha yaxşı olar. Çünki bu kimi işlər cəhənnəm odundan uzaq olmağa səbəb olar.”

Bu hədisdən məlum olur ki, İbrahimin atası o qədər qocalıb əldən düşmüşdü ki, İbrahim ona digər ailə üzvləri ilə birlikdə kömək edirdi. İmam da ona buyurur ki, mümkün qədər sən özün atanın xidmətində olsan, sənin xeyrinədir. Çünki ata-anaya yaxşılıq etmək cəhənnəm odundan uzaq olmağa səbəb olar.

İmam Sadiq (ə) buyurur: “Həzrət Musa (ə) Allah-taala ilə münacat edəndə, nübüvvət nəzərləri ilə Allahın ərşində qərar tutan bir kişini gördü. Allahdan istədi ki, o kişinin bu yüksək məqama çatmasının səbəbini buyursun.

Səs gəldi ki: “Musa, bu bir kəsdir ki, ata-anasına yaxşılıq etmiş, camaat arasında söz gəzdirməkdən uzaq olmuşdur.”

Bu hədislərdə azacıq təfəkkür etməklə məlum olur ki, Allah-taala ata-ananın itaətində olan əməlisaleh övladlara xüsusi diqqət yetirir və Öz lütfünü onlara şamil edərək dərgahına yaxınlaşdırır, ata-anaya edilən xidmət təşəkkürü cəhənnəm odundan qoruyan bir qalxan, onun dərdli bəlalarından qurtuluş vasitəsi hesab edir, bu layiqli övladlara o qədər böyük və əbədi məqam bağışlayır ki, hətta Həzrət Musa kimi böyük bir peyğəmbərin təəccübünə səbəb olur.

Bəli, valideynlərə ehtiram və xidmət etmək o qədər mühüm bir məsələdir ki, Allah ona əməl edənlərə behişt vədə verir; və əksinə, bu barədə səhlənkarlıq, süstlük, nankorluq etməyi peşmançılıq, cəhənnəm oduna mübtəla olmaq səbəbi bilir.

Elə bu səbəbdən İmam Sadiq (ə) ürək yanğısı ilə İbrahim ibn Şüeybə tövsiyə edir ki, bacardığı qədər atasına kömək etməkdə evin o biri övladlarından qabağa keçsin və bu xidməti şəxsən öz öhdəsinə alsın, çünki bu əməl insanın cəhənnəm odundan uzaq olmasına səbəb olur.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930