İstiğfarın təhrik edəni nədir və həqiqəti nədir?
Mьəllif: admin1
Tarix: 8-02-2018, 21:40
İstiğfarın təhrik edəni nədir və həqiqəti nədir?
“De: Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (“Zumər” 53).

Cənab Kumeyl istiğfar barəsində İmam Əliyə (ə) sual verir. İmam Əli (ə) cavabında buyurur: “(İstiğfarın) bir hərəkət verəni (təhrik edəni) vardır və bir həqiqəti. Təhrik – dodaqları və dili tərpətməkdir ki, onun ardınca həqiqət istiğfarı təqib etmək istəyər”.

Kumeyl soruşur: “Bəs istiğfarın həqiqəti nədir?”.

Həzrət Əli (ə) buyurur: “İstiğfarın həqiqəti odur ki, onu qəlbində təsdiq edəsən (ancaq dildə olmasın). İradə edər ki, istiğfar etdiyi günaha bir daha geri qayıtmayacaqdır”.

Bəli, Allah bağışlayan və mehribandır. Ancaq tövbə mövzusunda bəzi məqamlara diqqət göstərmək lazımdır:

1. Ən pis günah – o günahdır ki, onu kiçik hesab edəsən, çünki Allah Təala ilə müxalifətlik etmisən.

2. Tövbə edən zaman yaxşı düşünmək lazımdır və qərara gəlmək lazımdır ki, həmin günaha bir daha qayıtmayacaqsan.

3. Bunu yadda saxlayaq ki, hər bir günahdan sonra bəzən tövbə etmək üçün fürsət qalmır.

Ona görə də ey mömin! Günah və səhv etdiyini başa düşən kimi, geri qayıtmamaq şərti ilə qəlbən istiğfar və tövbə et. Gördüyün işdən peşman ol. Ancaq bu zaman istiğfarın həqiqi ola bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031