Tövbə edən zaman bu 6 şərtə diqqət yetirmək lazımdır
Mьəllif: admin1
Tarix: 28-05-2021, 15:26
Tövbə edən zaman bu 6 şərtə diqqət yetirmək lazımdır
Bir şəxs İmam Əlinin (ə) hüzurunda özünü göstərmək üçün dedi:

(Allahdan bağışlanmaq istəyirəm.) Həzrət Əli (ə) dedi: "Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var.

(Sonra buyurdu Tövbə və istiğfarın altı şərti var:

1. "Keçmiş günahlardan peşman olmaq".

2. "Günahları tərk etməyi qərara almaq".

3. "Camaatın haqqını yeyibsə onları qaytarmaq".

4. "Allahın onun üzərinə qoyduğu vəzifələri yerinə yetirmək". (Namaz qılmaq, oruc tutmaq kimi).

5. "Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək".

6. "İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın". Bu mərhələlərdən sonra Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən".






namaz.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930