Müctəhidlərin Cəmkəran məscidinin müqəddəsliyi barədə fikirləri
Mьəllif: admin1
Tarix: 28-01-2018, 12:56
Müctəhidlərin Cəmkəran məscidinin müqəddəsliyi barədə fikirləri
Cəmkəran məscidinin tikintisi hicri 293 ilə təsadüf edir. Məscidinin tikilməsi ilə bağlı mərhum hacı Nuri "Nəcmus-Saqib”, "Cənnətul-məva”, "Əl-kəlimətut-təyyibə” kitablarında, Mirza Məhəmməd Təqi Ərbabe Qummi "Tarixi darul-iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd ibn Həsən Qumminin "Tarixe-Qum” ("Munisul-həzin” kitabı əsasında) məlumatlar var.

Həmçinin hədisdə bildirilir ki, Həsən ibn Məslə adlı şəxs 293-cü ildə həzrət Mehdi (ə.f) ilə görüşmüşdür. Bu görüşdə həzrət (ə.f) ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən olan Seyyid Əbül-Həsən Ər-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu yerdə (Cəmkəranda) məscid tiksin...(Bihar”, c. 53, s. 230. )

Cəmkəran məscidinin əzəmət və dəyəri barədə şiənin bir çox böyük mərcii təqlidləri də öz fikirlərini bildirmişlər:

Ayətullah Hairi buyurur:

Cəmkəran məscidi o Həzrətin (ə.f) bir inayətidir.

(Kitabe Xətti Ayətullah Hairi. Səh-53)

Ayətullah Mərəşi Nəcəf:

Cəmkəran məscidi İmamın (ə.f) qeybət suğra zamanının əvvəllərinə aiddir. Bu şərafətli məsciddə dəfələrlə kəramətlər zahir olmuşdur. Şeyx Muhəmməd Əli Qumi özünün “Qum tarixi” kitabının 1-ci və 2-ci cildində məscidin kəraməti və bəzi şəxslərin İmamla (ə.f) görüşməsinə işarə edib. (Təclilgahe Sahib Zaman – 69)

Ayətullah Bəhaud-din:

“Qum- Kaşan yolundan tez-tez keçərdim. Cəmkərana çatanda mənəvi halım dəyişərdi. Əgər bir süstlük, halsızlıq müşahidə olunsaydı həmən an aradan gedərdi.” (Ayəte bəsirət 105)

Ayətullah Fazil Lənkəranı:

“Mərhum atamın Cəmkəran məscidinə böyük etiqadı vardı. O buyurur ki, mən Ayətullah Brucerdinin Quma gəldiyini yuxuda görmüşdüm və görürəm ki, Cəmkərandayam...” (Qeyd edəki, Ayətullah Fazil Lənkəraninin atası Ayətullah Muvəhhidi Lənkərani Qum elmi hövzəsinin alim və ustadlarındandır.)

Ayətullah Məkarim Şirazi:

“Cəmkəran məscidi, mövcud rəvayətə əsasən mövlamız İmam Zamanın (ə.f) göstərişi ilə, tarixi məzhəbi şəhər olan Qumda böyük hədəflər üçün inşa edilib. Təbiətən və qəlbən pak olan Həsən ibn Məslə Cəmkərani bu əmri aşkarda alıb (nəinki yuxuda) və məscidi xüsusi dəstəklə bura inşa edib.”

Ayətullah Şübeyri Zəncani:

“Bu məscidin bir həqiqəti (reallığı) vardır ki, o (həqiqət) inkar olunmazdır.”

Ayətullah Safi Gülpəyqani:

“Bu məscidin xadimi olmaqdan qürur duyuram.”
(FarsNews)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031