Aşuradan sonra İmam Səccad(ə)-ın heç yerdə eşitmədiyiniz çox mühüm missiyası
Mьəllif: admin1
Tarix: 23-01-2018, 22:05
Aşuradan sonra İmam Səccad(ə)-ın heç yerdə eşitmədiyiniz çox mühüm missiyası
Bizim köklü problemimiz budur ki, “Səqəleyni” yaxşı tanımamışıq.

İmamət elə bir şeydir ki, hökümətin təşkili üçün camaat onun sorağına getməlidir.Həmçinin İmam Zamanın (ə.f) hökümətini də camat özü istəməlidir. Sizə deməliyəm ki, camaat istəmədikcə bu iş baş tutmayacaqdır.

Əgər bir İmam 14 il tək zindanda saxlanılırsa burda imaməti və “insanlara nicat verən ipin” başına nə gəldiyini bilməliyik. Allah Təala imaməti Quranda (Bəqərə-124) bizə ƏHD olaraq çatdırır:

“'Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm', -dedi. (İbrahim isə: ) 'Nəslimdən necə?' – deyə soruşdu. (Allah onun cavabında: ) '(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar', -buyurdu.”

İnsanların anlamadığı məsələ budur: “Verdikləri əhdləri pozduqlarına görə biz onları lənətlədik” (Maidə-13)

Əgər bir kəs Allahla bağladığı əhdi pozarsa Allahın lənətinə duçar olar.

Bəs bir kəs lənətlənsə nə olar? Quran cavab verir :”Qəlbini sərtləşdirərik” (Maidə-13)

Bu cür insanın qəlbi daş olar. Elə isə qəlbi daş olarsa nə olar? Quran: “Onlar Allahın kəlimələrinin yerini dəyişər, onu təhrif edərlər” (Maidə-13)
Belələri dini təhrif edənlərdir.

“Mən kimi mövlasıyam Əli də onun mövlasıdır” əmrini rədd edənlər, əhdi sındıran müsəlmanlardır.

Nəticədə qəlblər daşlaşdı, Kəəbul-Əhbərlər dini təhrif etməyə başladılar, peyğəmbərləri qətl etməyə başladılar.
İslam dinində sonuncu peyğəmbərdən sonra nəbi olmasa da imam vardır. Nəticədə bu məsələ (əhd sındırmaq) bizdə gəlib Aşura ilə nəticələndi.

Bunları təzədən ilahi əhdə qaytarmaq lazımdır. İlahi əhd təbii ki, imamətdir. Elə buna görə də bunların ilahi lənətin səbəbi olan qəlb daşlığını aradan aparmaq lazımdır. Gəldiyi mərhələyə geri qayıtmalıdır.
Bu hərəkəti başlatmaq İmam Zeynul-Abidinin (ə) öhdəsinə düşürdü. İmam Zeynul-Abidin (ə) elə bir kütlənin içində imamlığa təyin olundu ki, bu insanlar bir içim suyun asanlığı qədər başları bədəndən ayırırdılar.

Qəlblər yenidən yumşalmalı idi!

İmam Səccad (ə) elə bu mövzu üzərində manevr etdi. İmam (ə) elə bir adətin kökünü qoparmalı idiki bu yalnız şiədə var, başqalarında yoxdur.

GÖZ YAŞI.

İmam Səccad (ə) 20 il ağladı. Hər dəf qarşısına yemək qoyulduğu zaman ağlayırdı. İş o yerə çatdıki o Həzrətin (ə) qulamı dedi: “Ağa qorxuram bu qədər ağlamaqdan gözünüzü həlak edəsiniz. İmam (ə) buyurdu:”Mən elə bir şeyi bilirəm ki, onu siz bilmirsiniz. Mən bu göz yaşlarının Allah yanında elə bir təsirə malik olduğunu yaxşı bilirəm, amma siz bilmirsiniz.”

İmam Səccad (ə) buyurardı: “Hər vaxt Fatimə övladlarının öldürülmə səhnələrini xatırlayıram, nəfəsim daralır.”

İmam Səccad (ə) bizə İmam Zamana (ə.f) necə çatmalı olduğunu öyrədir.

Bu cərəyanın ələmdarı Əli ibn Hüseydir (ə).

Məsələnin mühüm tərəfi budur ki, o (ə) bizə necə ağlamağı və şiənin strateji silahı olan gözyaşlarından istifadə edib İmam Zamana (ə.f) çatmağı öyrədir.
Bu məktəbin müəllimi başqası deyil, İmam Səccadır (ə)!
İmam Səccad (ə) İmam Zamana (ə.f) qovuşmağın yolunu öyrədir (qəlb yumşaqlığı).


Doktor Raifp


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031