Ustad Qiraəti: “İmam Səccad (ə) duadan, yezidlilərin əleyhinə partlayıcı kimi istifadə edirdi”
Mьəllif: admin1
Tarix: 21-08-2022, 21:55
Ustad Qiraəti: “İmam Səccad (ə) duadan, yezidlilərin əleyhinə partlayıcı kimi istifadə edirdi”
Ustad Qiraəti hüseyniyyələrdən birində çıxışında buyurmuşdur: “Dua İslam dinində xüsusi tutuma malikdir və İmam Səccad (ə) duadan, yezidlilərin əleyhinə partlayıcı kimi istifadə edirdi.

İmam Səccad (ə) Əbu Həmzə Somali duasının bir sətrində cəmiyyətin süqut etmək amillərinə işarə etmişdir ki, onlardan biri tənbəllik və halsızlıqdır.

O cəmiyyət ki, elmi və tədqiqi işlərini yerinə yetirmək üçün tənbəl və halsız olar, həmin cəmiyyətin şagirdləri və müəllimləri əgər məktəblərin və tədris müəssisələrinin tətil olmasından sevinərlərsə, onlar irəli getməz.

O zaman ki, Səudilər Mina hadisəsindən əvvəl hacıların əleyhinə cinayət işləmişdilər, biz o hadisədən sonra Afrikaya getmişdik ki, o haqda ruhanilər ilə söhbət edək.

Ancaq onlara pul vermiş Ali-Səud bizə mane oldular. Lakin mən orada İmam Səccadın (ə) yolu ilə getdim və dua dili ilə Ali-Səudun cinayətini ifşa etdim və məclisdə olanların halı dəyişdi, ağlamağa başladılar.

Dua etməyin öz ədəbi vardır və onlardan biri də budur ki, dua etməzdən əvvəl Allahın nemətlərini saymaq lazımdır. Bu zaman Allahın bizə verdiyi xüsusi nemətlərinə diqqət etmək lazımdır.

Duanın başqa ədəbi odur ki, Allahı həmd edək, Ona verdiyi nemətlərə görə şükür edək, öz eyiblərimizi dilə gətirək, istiğfar edək və salavat göndərək.

Ola bilsin ki, bəziləri desin ki, Allah bizim istəklərimizin hamısını bilir, bəs nə üçün biz gərək onları dilimizə gətirək? Onların cavabında demək lazımdır ki, dilə gətirməyin xüsusi təsirləri vardır.

Misal üçün hədislərin birində deyilir ki, əgər kişi həyat yoldaşına desə ki, “Səni sevirəm” bu sözü heç bir zaman unutmayacaqdır.

Bizə tövsiyə edirlər ki, əgər möminlər bir-birini çox istəyirlərsə, onu dillərinə gətirməlidirlər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031