Bu əməllə insan hər gün şeytanı (lən) qova bilir
Mьəllif: admin1
Tarix: 21-01-2018, 22:25
Bu əməllə insan hər gün şeytanı (lən) qova bilir
İmam Baqir (ə) buyurur: “Sizi elə şeydən xəbərdar edimmi ki, əgər ona əməl etsəniz, sultan və şeytan sizdən uzaq olar?”. Əbu Həmzə deyir: “Bəli, onu deyin ki, əməl edək”.

Həzrət (ə) buyurur: “Günə sədəqə verməklə başlayın. Çünki sədəqə şeytanın üzünü qara edər və həmin günü zülmkar sultanın qəzəbi sizə təsir etməz”.

Allahın vacib buyurduğu ibadətlərdən biri də maddi ibadətdir: xüms, zəkat, infaq və sədəqə kimi. Quranda maddi cihadın adı, can cihadı ilə bərabər çəkilir.

“(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı”. (“Təkasur” 1).

“Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb, onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. (“Tövbə” 34).

“Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!”.
(“Tövbə” 88).

Ona görə də hər kim gününə sədəqə verməklə başlayarsa, həmin günü özünü məlun şeytanın şərindən qoruyar/



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031