Bir ayənin oxunması ilə can verən cavan
Mьəllif: admin1
Tarix: 15-01-2018, 22:09
Bir ayənin oxunması ilə can verən cavan
Mənsur Əmmar nəql edir: “Bir il Allahın ziyarəti üçün yola düzəldim. Kufəyə çatdım. Gecə evdən bayıra çıxdım və küçədə gəzməyə başladım.

Bir nəfərin münacat etdiyini eşitdim və o, deyirdi: “Allahım! İzzət və Cəlalına and olsun ki, mən günahkaram. Səninlə müxalifətlik etmək istəməmişəm. Əzabına da cahil olmamışam. Lakin xəta işlətmişəm və daxili bədbəxtliyim məni günaha bulaşdırıbdır. Bəndələrin günahına pərdə çəkməyin məni məğrur etdi. Cəhalətliyim üzündən üsyan etmişəm. Allahım! Kim məni əzabından qurtaracaq. Əgər əlim rəhmət kəndirindən qısalsa, kimin kəndirinə çəng vurum?”.

Onu imtahana çəkmək istədim və bu ayəni oxudum: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6).

O, fəryad çəkir, nalə çəkir, sonra susur. Sabahısı günü o cavanı görməyə gəldik və gördüm ki, qapının ağzında bir cənazə var və bir qadın da o yan bu yana qaçır.

Dedim: “Ey ana! Bu kimdir ki, dünyasını dəyişmişdir?”.

Deyir: “Allahdan qorxan bu cavan Peyğəmbərin (s) övladlarından idi. Dünən Allahla münacat edən zaman bir nəfər buradan keçirmiş. Qurandan bir ayə oxuyur və o, düşür və bir saatdan sonra can verir”.

Dedim: “Xoş olsun halına! İlahi Övliyalar bu cürdür”.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031