MALİK ƏŞTƏRİN ƏHDNAMƏSİ
Mьəllif: admin1
Tarix: 9-01-2023, 20:25
MALİK ƏŞTƏRİN ƏHDNAMƏSİ
“Nəhcül-bəlağənin” digər mövzuları kimi əbədilik tapmış parlaq mövzularıdan biri Malik Əştərin əhdnaməsidir.

Bu əhdnamə həzrət Əlinin (ə) öz vəfalı köməkçisi və böyük səhabəsi Malik Əştər Nəxəiyə tarixi fərmanından ibarətdir.

Bu fərman 14 əsr əvvəldən bu günədək İslam tarixi və mədəniyyətində əbədi və insanpərvər bir yazı kimi qorunmuşdur.

İmam Əli (ə) uyğun fərmanı Malik Əştər Misirə göndərilərkən yazmışdı. Bu böyük şəhid Misir məmləkətində mövlası Əlinin (ə) hökm və əmrlərini icra etməli idi.

İmam (ə) bu məktubda Malik Əştərə xitab edib islami ədalət hökumətinin qanunlarını, onun əsas xətti və çərçivəsini bəyan etsə də, əslində bu məktub zaman və məkandan asılı olmayaraq bütün insanlara ünvanlanmışdır.

Malik Əştərin əhdnaməsində həzrət Əlinin (ə) parlaq nəzəriyyə və düşüncələri o qədər dəqiq bəyan olunmuşdur ki, bu məktubda Allah qarşısında bəndə, cəmiyyətdə insan, İslam hökmlərinin icrasında məsul, hakim, İslam qanunlarının himayəsində bir fərd olaraq bütün insanların vəzifələrinin bəyan olduğunu iddia etmək mümkündür.

Məktubda bütün vəzifələr aydın və dəqiq şəkildə bəyan olunmuşdur. Bu məktubda Malik Əştərə, əslində insana və bəşər tarixinə ünvanlanmış tapşırıqlara doğru-düzgün şəkildə əməl olunarsa, nəinki ictimai ədalət və əminamanlıq, hətta daha üstün nailiyyətlər əldə olunar. Belə ki, bəşər cəmiyyətində bütün fərdlərin elm və agahlıq, düşüncə və imanla islami tərbiyəyə başlamasına şərait yaranar.

İnsanlar çirkin sifətlərdən uzaqlaşmaqla Allah üçün mömin və saleh bəndələr olar, qurtuluş və həqiqət yoluna üz tutar.


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031