Həmin gün insanın lazımı olan yeganə dəyər barədə İmam Əlinin (ə) münacatı
Mьəllif: admin1
Tarix: 1-01-2018, 19:52
Həmin gün insanın lazımı olan yeganə dəyər barədə İmam Əlinin (ə) münacatı
İmam Əli (ə) münacatlarının birində buyurur: “Ey Allahım! Səndən o gün üçün aman istəyirəm ki, nə mal fayda verəcəkdir, nə də övlad, məgər pak qəlbdən başqa.

Allahım! Səndən aman istəyirəm o günə görə ki, zalım peşmançılıq və həsrətinə görə barmağını dişləyər və deyər: “Ey kaş, mən də Peyğəmbərlə (s) birlikdə itaət yolunu tutardım”.

Ey Allahım! Aman ver o gün ki, günahkarlar simaları ilə tanınarlar. Onların saçlarından və ayaqlarından tutub, atəşə atarlar.

Səndən o ağır gündə aman istəyirəm ki, nə ata övladın yerinə və nə də övlad atanın yerinə cəzalandırılar. Əlbəttə, həmin günü Allahın vədəsi haqdır və həqiqətdir.

Səndən o ağır gündə aman istəyirəm ki, zalım insanların üzrü qəbul olunmaz, üzrlərinin faydası olmaz. Allahın lənəti onlara olsun.

Ey Allahım! Səndən o gün üçün aman istəyirəm ki, heç kəsin bir başqasına qüdrəti olmaz. O günün hökmü Allaha məxsusdur. Səndən istəyirəm mənə o günü aman verəsən ki, insan qardaşından, anasından, atasından, xanımından, övladlarından qaçar. Hər kəs o gündə öz işindən qeyrisinə diqqət etməz.

Allahım! Səndən aman istəyirəm o günə görə ki, kafir və ya pis əməl sahibi arzu edər ki, ey kaş övladlarını özünə fəda edə bilərdi ki, əzabdan nicat tapa bilsin. Yer üzündə olan hamını özünə fəda edərdi ki, əzabdan nicat tapa bilsin.

Ancaq heç bir zaman nicat tapmayacaqdır”.

Bu nurani münacatdan görmək olur ki, Qiyamət günü insanın dərdinə yaraya bilən tək şey – saleh əməli və pak qəlbi olacvaqdır. Nə malı, nə övladı, nə də məqamı ona fayda verəcəkdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031