İstiğfar bəlanın qarşısını alar
Mьəllif: admin1
Tarix: 16-06-2020, 10:03
İstiğfar bəlanın qarşısını alar
“Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir)”. (“Ənfal” 33).

Hədislərdə oxuyuruq ki, Allah bəzi pak və təyyib insanlara görə bəla və çətinlikləri başqa insanların üzərindən götürər. Necə ki, Quranda buyurulur: “Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır». (İbrahim) dedi: «Lut oradadır!».

Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır»”. (“Ənkəbut” 31-32).

İmam Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra buyurur: “İki amandan biri aramızdan getdi. Başqa bir aman ki, istiğfardır – hifz edin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ölümüm və həyatım sizin üçün xeyirdir. Həyatım zamanı Allah əzabı sizdən götürər və ölümümdən sonra da mənə əməllərinizi təqdim etməklə, istiğfar və bağışlama istəməklə xeyirə şamil olarsınız”.

Günah və üsyan etmək insanı bəlaya düçar edər. Bu bəlanı aradan aparmağın tək yolu – tövbə və istiğfardır.

“Və sənin Rəbbin heç vaxt şəhər və kəndləri onların əhalisi əməlisaleh və islah edən olduqları halda zülmlə həlak etmək niyyətində olmayıb”. (“Hud” 117).


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031