Təqvanın insana gətirdiyi 8 bərəkət
Mьəllif: admin1
Tarix: 24-10-2022, 13:44
Təqvanın insana gətirdiyi 8 bərəkət
Təqva elə bir qüvvədir ki, insanı günahdan uzaqlaşdırar və günahı onun gözündə dəyərsiz və çirkin cilvələndirər.

Bəs təqva bundan əlavə bizə hansı bərəkətləri gətirər?

1. Təqvanın gətirdiyi fövqəladə bərəkətlərdən biri budur ki, təqva əhlinin ən kiçik əməlləri belə, Allah dərgahında qəbul olunar. Ona görə də ona çoxlu savab və dərəcə verilər. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).

2. O kəsin ki, təqvası olar, Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, övliyalara çevrilər və etdiyi hər bir duası qəbul olar. Hər nəyi dua etsə, Allah təqva əhlindən qəbul edər.

3. Bütün məxluqlar ona itaət edər. Bir gün İmam Sadiq (ə) bir yol ilə gedirdi və gördü ki, vəhşi bir şir insanların yolunu kəsibdir və hamı qorxu içindədir. Həzrət (ə) şirə yaxınlaşıb qulağından tutur və kənara çəkir.

Sonra buyurur ki, gəlib keçsinlər və deyir: “Əgər siz də Allahın əmrinə itaət etsəniz, bütün məxluqlar, o cümlədən vəhşi heyvanlar belə, sizə itaət edərlər”.

Ariflərin buyurduğu kimi, hər kim Allahın mütisi olar, nəinki dünyada olan məxluqlar, hətta Nəkir və Münkər, mələklər belə ona itaət edərlər.

4. Təqvanın başqa bir bərəkəti budur ki, təqva əhli Allahın, peyğəmbərlərin (ə) və Məsum İmamların (ə) yoldaşı olar. Allah üçün çox mühümdür ki, bir insan kiminlə yoldaşlıq edir, çünki onun insanın ruh və canına təsəri olar. “Allah pərhizkarlarladır”. (“Tövbə” 36).

5. İnsanı Allah dərgahında əziz edər. Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim ən əziz insan olmaq istəyir, gərək təqva xəttində olsun.

Axirətimiz üçün ən gözəl azuqə - təqvadır. “Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə - təqvadır”. (“Bəqərə” 197).

6. Hər kim təqva əhli olar, Allah keçmiş, indiki və gələcək günahlarını bağışlayar. “Bu (hökmlərin hamısı) Allahın sizə nazil etdiyi hökmüdür. Kim Allahdan qorxsa, Allah onun günahlarını örtər və onun mükafatını böyük edər”. (“Təlaq” 5).

7. Təqva əhli daima təhsil ardınca olar. Çalışar ki, elmini və mərifətini artıraraq, Allaha daha çox yaxınlaşsın. İnsanın iki elmi olar: biri fitridir, o birisi isə xaricdən daxil olar.

Əgər daxili elmi, yəni fitri elmi oyanmazsa, xaricdən gələn elmin ona heç bir faydası olmaz. Əgər fitri elmi onu Allahı tanımağa istiqamətləndirməsə, hər nə qədər Quran ayəsi oxusa da, halına fayda verməz.

8. Bəsirət əhli olar və qəlbi oyaq olar. Təqva bir çıraq kimi qəlbimizi nurlandırar və bizi doğru yola hidayət edər. Bəsirətimizi açıb, qəlbimizi genişləndirər.

Mömin çalışmalıdır ki, təqvasını artırsın və təqva mərhələsinin ən yüksək səviyyəsinə qalxa bilsin. Bu yolda Allahdan yardım istəməli və Əhli-Beytin (ə) möhkəm ipindən yapışmalıdır.

“(Məsumlar və onların canişinləri Qiyamətdə bu ümmətə və həmçinin keçmiş ümmətlərə şahid olacaqlar).Buna görə də namaz qılın, zəkat verin və Allaha sığının. Sizin hami, sahib və başçınız Odur. O necə də gözəl hami və necə də gözəl yardımçıdır!”.(“Həcc” 78).



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031