Rəbbani alim kimə deyilir?
Mьəllif: admin1
Tarix: 23-07-2017, 10:07

Rəbbani alim kimə deyilir?

 Ayətullah Cavadi Amuli bu suala belə cavab vermişdir: "İlahi insanlar nə yersiz şeylərə tərəf gedərlər və nə də boş.

Bir çox işlərdə haqqı batildən ayırmaq çətin bir iş olsa da, ancaq mümkünsüz deyildir. Çünki onları düzgün ayırd etmək üçün elmi meyarlar vardır və mümkündür ki, insan səy edərək və zəhmət çəkərək haqqı batildən ayırsın.

Məsumlar (ə) bizim üçün aydın ediblər ki, nələr oyun-oyuncaqdır, nələr ciddidir. Ona görə də İlahi insanlar oyundan bezardırlar. Nə kimisə oynadırlar, nə də kimsə onlarla oynayır.

Əmirəl-möminin (ə) buyurur: "O kəs ki, bir yerə çatar, məqam sahibi olar – çox sevinər. Ancaq o zaman ki, ondan ayrılar, onun üçün acı olar. O şəxs oyuna gəlmişdir”.

O kəs ki, Qurani düşünər – həqiqətə çatar. Çünki Quran – həqiqət tərəzisidir. Sizin işinizin oyun və ya ciddi olduğunu müəyyən edər.

Biz o zamana qədər ki, sağıq – gərək dərs oxuyaq və elmimizi artıraq.

Xütbə demək, imam-cümə olmaq, hövzədə və ya institutda müəllim olmaq – asandır, ancaq insanları cəhənnəmdən qorxutmaq çətin bir işdir. Çünki insanlar hər kəsin sözünü eşitməz və bu məsələni bəyan etmək – ən çətin vəzifədir”. 

Bu böyük alimin nəzərinə görə, rəbbani alim – o kəsdir ki, boş və yersiz işlərdən çəkinər, haqqı batildən ayırmaq qüdrətinə malik olar, heç kəsi oynatmaq və oyuna gəlməz, həyatın həqiqətlərini Quran vasitəsilə müəyyən edər və ölçüb-biçər. Ömrünün sonuna qədər elm öyrənər və biliyini artırar. Elə bir məqama çatar ki, insanlar onun sorağına gələrlər və onun dediklərinə qulaq verər və əməl edərlər. Məhz bunlardır rəbbani alimlər.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031