Nəfsi islah etmək üçün ən yaxşı yol
Mьəllif: admin1
Tarix: 22-07-2021, 11:25
Nəfsi islah etmək üçün ən yaxşı yol
Quranın nəfsi islah etmək üçün bizlərə təqdim etdiyi ən yaxşı yol – oyun və oyuncaqdan uzaq olmaqdır.

Allah Quranda dünyanı oyuncağa bənzətmişdir. "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?”. ("Ənam” 32).

Şeytan (lən) əmmarə nəfsinin yardımı ilə istəyir ki, insanı dünya ilə məşğul etsin və hər kəs bu oyuna adət edərsə, bütün zamanı bu oyun və oyuncaqlarla keçər.

O zamana qədər ki, onu qocaldar, əldən salar, ondan sonra tərk edər. Həyatda oynanılan hər bir oyun belədir. İnsan əgər oyunla məşğul olarsa, yorulmayanacan onu tərk etməz.

Susuz insan o zaman ki, şirin və dadlı su içər, onu cəzb və həzm edər. O zaman ki, şor su içər, həmin şor suya giriftar olar. Çünki şor su insanı daha da susuzladır və hər nə qədər içsə də, yenə də susuzluğu yatmaz. Dünya da şor su kimidir.

İmam Musa (ə) Hişam ibn Həkəmə buyurur: "Dünya – dəniz suyu kimidir, susuz insan hər nə qədər ondan içərsə, susuzluğu daha da artar və nəhayət onu öldürər”.

Əmirəl-möminin (ə) buyurur: "Dünya - oyundur və insanı dünyadan qeyrisindən saxlayır”.

Ona görə də hər nə insanı axirətdən saxlayarsa, oyun və oyuncaq olar.

İmam Əli (ə) başqa yerdə buyurur: "Dünya övladı doymaz, insan hər nə qədər dünyadan bəhrə aparsa da, hərislik qapıları üzünə açılar”.

İnsan ləzzətli yemək yeyən zaman tez doyar, ancaq o zaman ki, onun susuzluğunu və aclığını apara bilməyən şey yeyərsə, yenə ac və susuz olar.

İnsan dünyadan hər nə qədər bəhrələnsə də, ondan doymur, hərislik gözü hələ də yenilərini istəyir. Deməli, dünya ləzzətli deyildir ki, bizi doyuzdurmur. Şor su kimidir və hər nə qədər içsək, yenə də istəyərik.

İnsanı Allahdan uzaqlaşdıran hər bir əməl – oyun və oyuncaqdır. İstər bu, mal-dövlət olsun, istərsə də faydasız elm. Hər kim qalib gəlmək istəyirsə, gərək bu dünya ilə vuruşsun. Çünki insan dünya meydanında qərar tutur.

Əgər mübarizə aparmazsa, heç bir şeyə malik ola bilməz. İnsan əgər özünü bu oyundan xilas edə bilsə, o zaman dünyadan qeyrisinin də olduğunu dərk edə bilər.

Bu zaman özünə sual verər ki, dünya, yoxsa axirət?

Həzrət Peyğəmbər (s) azan yaxınlaşan zaman Bilala buyurardı: "Ey Bilal! Biz yorulmuşuq, azan de ki, istirahət edək!”.

Yəni, namaz – dindar insan üçün ən yaxşı ruh və reyhandır ki, yorğunluğunu aradan aparır. İnsan namazdan qeyrisində Allahla olmaz, Allahla olmayan zamanlarında yorular.

Dünya sevgisi – insanın kamala çatmasına mane olan ən böyük amildir.

İmam Əli (ə) buyurur: "Qəlbinizin hərəmini dünyapərəstlik qabarından pak edin və cavidan olan axirət həyatına məftun olun”.

İmam Əli (ə) hər axşam işa namazından sonra buyurardı: "Səfərə hazır olun, çünki ölüm sizin üçün səslənmişdir”.

Ona görə də, ey, dünyaya bağlanmış insan! Bir qədər dayan və ölümə kimin səslədiyini bir düşün. Hər birimiz bu səfərə çıxacağıq, ancaq bunun üçün azuqəmiz vardırmı?

Bu dünya – müsafir evidir. Bu müsafir evində bir neçə insan bir yerə toplaşıb, yaşayarlar. Ölümləri çatan zaman isə ayrılarlar və heç kəs başqasına yardım edə bilməz.

Ona görədir ki, İmam (ə) hər axşam bu nidanı verər və buyurardı: "Yüklərinizi toplayın və səfərə hazır olun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031