Küfr və fəsad əhli olan yaxınlarımız barədə dua edə bilərikmi?
Mьəllif: admin1
Tarix: 13-07-2017, 22:34

 

 

İnsan bütünlüklə yaradan Allahın məxluqudur. Onun yaradılışı belədir ki, xeyir axtaran, xeyir istəyən varlığdır. Yəni özü üçün mənfəət istəyən, ünsiyyət quran, ünsiyyətə ehtiyacı olan bir varlıqdır. İnsan bəzən öz Rəbbindən həm özü üçün, həm də digər yaxınları üçün dua edib xeyir istəyir. Görəsən küfr fitnə və fəsad içində olan yaxınlarımız üçün xeyr istəməyimizin bir müşkülü varmı?

 

Tövbə surəsinin 113-cü ayəsində Allah Təala buyurur:

 

Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!

 

Bu ayənın təfsirində Ayətullah Məkarim Şirazi Təfsiri Nümunədə yazır: Bu ayəyə uyğun olaraq müsəlmanlar müşrük olan dost və yaxınları üçün nə qədər ki həyatdadırlar onlar üçün dua və bağışlamna istəyə bilərlər. Yox əgər onların hidayət olmalarına ümid kəsilsə və ya o halda dünyadan köçsələr onlar üçün bağışlanma və xeyir istəyə bilməz (Cild-8. Səh-160).

 

İbrahimin öz atası üçün (atalığı) üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının (atalığı) Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi. Tövbə-114

 

Bu ayədən də məlum olur ki, Həzrəti İbrahim atalığı üçün çox dua edir. Onun hidayət olması ümidi ilə əziyyətlərə çox səbr edir. İman və tovhid yoluna gəlməsi və günahlarının bağışlanması üçün çox yalvardı. Amma atalığının aşkar düşmənçiliyi və ədavət ilə rastlaşdıqda ondan əlini çəkdi. Azər də bu halda dünyadan köçdü.

 

İmam Kazim (ə) bu barədə buyurub: Bir nəsranın hidayət olması üçün dua edib istəməyinin heç bir maneəsi yoxdur. Yox əgər o Haqq və həqiqətlə bilərəkdən

müxalifətçilik edərsə dua etsəniz belə faydası olmaz. ( Usul Kafi cild-2. Səh-650) ( Vəsailuş şiə cild-7.Səh-118).

 

İnsan hidayət olmasına hər an ümid yeri vardır. Yetər ki, həqiqətlə inadkarlıq üzündən müxalifət etməsin. Bir də onlar üçün dünya xeyrini istəmək, əgər fitnə və fəsada, harama düşməyəcəkləri halda daha xeyirlidir.

 

Y.Nuriyev

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031