İraqda cümə namazından çıxan imam-camaata sui-qəsd edildi
Mьəllif: admin1
Tarix: 8-07-2017, 22:06

İraqda cümə namazından çıxan imam-camaata sui-qəsd edildi

 İraqın Süleymaniyyə şəhərinin Qəladizə rayonunda yerləşən Raman məscidinin imam-camaatı Hazim Siddiq Əli cümə namazından çıxanda naməlum şəxslərin silahlı hücumu nəticəsində həlak olub.

 

Deyerler.org İLKHA-ya istinadən xəbər verir ki, verilən məlumatlara görə, Əhmədi Dəri kimi tanınan Hazim Siddiq Əli, eyni zamanda Kürdüstan İslami Cəmiyyət Partiyasının (Komala İslami) üzvü idi.

 

Komala İslami-nin rəhbərlik şurasının üzvü Məhəmməd Həmə Saleh hadisə ilə bağlı belə danışıb: "Həzim Siddiq Əli Komalanın din xadimlərindən sayılırdı və uzun illərdir bu məsciddə imam-camaatlıq edirdi. Cümə namazından çıxanda ona açılan atəş nəticəsində həlak oldu".

 

Hücumla bağlı açıqlama verən Kürdüstan Diyanət İşləri və İslam Alimləri Birliyi də cinayətkarların tapılıb cəzalandırılmasını tələb edib.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031