Əvvəllər ov xəstəsi olan məşhur zadəganı Allaha qaytaran ilahi səs və sual
Mьəllif: admin1
Tarix: 7-07-2017, 19:36

 İbrahim Ədhəm Xorasanın Bəlx şəhərində dünyaya gəlib.

 

İbrahim Ədhəm gənc yaşlarında Xorasanda yaşayıb. Öz yurdundan ayrılmazdan öncə varlı bir ailənin uşağı idi. Xidmətçiləri hər an əmrinə hazır dayanardılar. Ov həvəskarı idi. Günləlrlə ovda olar və bu onun yeganə əyləncəsinə çevrilmişdi. Bir gün ov edərkən qəfil bir ss eşidər: "Səni bunun üçün yaratdıq?" Eyni səsi üçüncü dəfə eşidəndə bütün malını mülkünü buraxıb Allah yolunu seçər. 60 gənclə birlikdə Məkkəyə yola düşər. 

 

Lap əvvəldə bütün var dövlətini qoyub getmək ona ağır gəlsə də də ən çox vətən həsrətinin öhdəsindən çətin gəldiyini dilə gətirir. "Çox dərd çəkdim, amma vətənimdən ayrılmaq qədər mənə ağır gələni olmadı. Nəfsimə qarşı ən ağır mübarizəni vətən həsrəti ilə mübarizə də etdim."

 

Xorasandan ayrıldıqdan sonra Şam, İraq, Hicaz və Anadolu bögələrinə səyahət edər. Müxtəlif şəhərlərdə bostan qoruqçuluğu, muzdurluq və dəyirmançılıq kimi işlərlə məşğul olub və öz əməyi ilə dolanıb. Sonda huzuru Şam şəhərində tapdığını söylədi. 

 

Atasının vəfat xəbərini eşidib vətənə dönür və öz payına düşəni də digər varislərə buraxaraq yenidən Məkkəyə qayıdar. O öz qurduğu  mihitdə daim insanlara halal yeməyi tövsiyyə edərdi. Duasının qəbul olunması üçün hər kəsə bunu deyərdi: Halal yeyin, duanız qəbul olsun. 

 

Gecələri daim ibadət edən və gündüzləri oruc tutan haqqa yönəlməyi 3 mərhləyə ayırardı. Fərz, nafilə və salamat. Haramdan qaçmağı fərz, halal olsa da azla kifayətlənməyi nafilə və haqqa çatmağın ən salamat yolu isə şübhəli şeylərdən uzaq durmağı deyərdi. Onun fikrincə ən zahid insan qəlbi təmiz, ən səmimi olan comərdlik edən insandır. O özünü heç vaxt xalqdan təcrid etməyib. Cüneyd Bağdadi və digər məşhur sufilər onu tərifləyər və onu "murad verilmiş" sufilərdən hesab edərdilər. (İslaminSesi)

 

LinkedIn

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031