Niyə zalım padşah ehtiramla, amma mömin bəndə ağrılı yola salındı?
Mьəllif: admin1
Tarix: 7-07-2017, 08:38

 İmam Sadiq (ə) buyurur: "Həzrət Musa ibni İmranın (ə) bir din qardaşı vardı ki, onu sevir və ona ehtiram göstərirdi. Bir gün bir nəfər (bu cavanın) onun yanına gəlir və deyir: "(Hacətim və müşkilim vardır) ki, istəyirəm (onun barəsində) zalım padşahla danışasınız”. O zalım Bəni-İsrayil padşahlarından biri idi.

Həzrət Musanın (ə) o dostu deyir: "Allaha and olsun ki, onu tanımıram və indiyə qədər ondan bir şey istəməmişəm”.

Həmin şəxs deyir: "Sizin üçün bir ziyanı yoxdur. Ola bilsin ki, Əziz Allah sizin vasitənizlə mənim hacətimi yerinə yetirər”.

Ürəyi yumşalır və onunla birlikdə gedir. Musanı (ə) bu əhvalatdan xəbərdar etmədən, həmin padşahın xidmətinə gedir. Padşah onu görən kimi ona ehtiram göstərib, yanında əyləşdirir. Sonra o, hacətini söyləyir və padşah da yerinə yetirir.

Bir müddət keçir və padşah ölür. Şəhər əhli cənazə mərasimində iştirak edirlər və matəminə görə bazarları bağlayırlar.

Ruzigarın qəzasına görə, Musanın (ə) bu qardaşı da həmin gündə ölür. Həmin şəxsin adəti belə idi ki, evinə girib qapını bağlayardı və heç kəs ondan xəbərdar olmazdı. Ancaq Həzrət Musa (ə) onun evinin qapısını aça bilir və ona daxil ola bilirdi.

Üç gün Həzrət Musa (ə) onu yaddan çıxardır və dördüncü günü yadına düşəndə özünü danlayır və deyir: "Üç gündür ki, qardaşımı unutmuşam”. Gəlir və qapını açır. Onu ölmüş halda görür və bir vəziyyətdə ki, heyvanlar onun bədəninə hücum etmişdilər. Üzünün gözəlliyini məhv etmişdilər.

Onu bu halda müşahidə edəndə deyir: "Ey Pərvərdigara! İnsanları düşməninin cənazəsində topladın, ancaq dostunu bu cür öldürdün? Heyvanları ona hakim etdin ki, üzünün gözəlliyini məhv etsnilər?”.

Allah Təala buyurur: "Ey Musa! Mənim mömin dostum bu zalımdan hacət istəmişdi və o da hacətini yerinə yetirmişdi. Ona görə də məmləkətin əhli onun (zalımın) cənazəsində hazır olub namaz qılmışdılar ki, xeyir işinin əvəzi olsun. Dünyadan gedən zaman Mənim yanımda həsənəsi olmasın ki, ona görə mükafat verəm.

Ancaq bu cavan möminə heyvanları ona görə hakim etdim ki, Mənim razılığım olmadan zalımdan xahiş etmişdir. Dünyadan gedən zaman Mənim yanımda günahı qalmamış olsun”. 


 

/Deyerler.org/


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031