Dostla oturub-durmaq insanın şəxsiyyətinə necə təsir edir?
Mьəllif: admin1
Tarix: 28-04-2017, 22:18

Dostla oturub-durmaq insanın şəxsiyyətinə necə təsir edir?

Şübhəsiz ki, insanın şəxsiyyətini formalaşdıran əsas amil - iradə, istək və qərarlarından sonra – müxtəlif məsələlərdir. Onlardan ən əhəmiyyətlisi yoldaş, dost və insanın ünsiyyətdə olduğu şəxslərdir. Ona görə ki, insan istər-istəməz təsir altına düşür, öz tərzi-təfəkkürünün, əxlaqi sifətlərinin əsas hissəsini dostlarından mənimsəyir. Bu həqiqət elmi və təcrübi baxımdan sübuta yetib və müşahidələr də bunu təsdiqləyir. Bu təsirin islam məntiqi baxımından hədd-hüdudu islami hədislərdə  o qədərdir ki, Həzrət Süleyman (əleyhis-salam) Peyğəmbərin dilində bu şəkildə nəql olunur:
 لاتَحْکُمُوا عَلَى رَجُل بِشَیْء حَتَّى تَنْظُرُوا اِلَى مَنْ یُصَاحِبُ، فَاِنَّمَا یُعْرَفُ الرَّجُلُ بِاَشْکَالِهِ وَ اَقْرَانِهِ وَ یُنْسَبُ اِلَى اَصْحَابِهِ وَ اَخْدَانِهِ
"Bir şəxsin dostlarını görmədən onun barəsində mühakimə yürütməyin. Çünki insan, dostlarının və yoldaşlarının vasitəsilə tanınır."
İmam Əmirəl-möminin Əli ibn Əbutalib (əleyhis-salam) öz sözlərinin birində buyurub: 
فَمَنِ اشْتَبَهَ عَلَیْکُمْ اَمْرُهُ وَ لَمْ تَعْرِفُوا دِینَهُ، فَانْظُرُوا اِلَى خُلَطایِهِ، فَاِنْ کَانُوا اَهْلَ دِینِ اللَّهِ فَهُوَ عَلى دِینِ اللَّهِ، وَ اِنْ کانُوا عَلى غَیْرِ دِینِ اللَّهِ فَلا حَظَّ لَهُ مِنْ دِینِ اللَّهِ:
"Əgər bir şəxslə maraqlansanız və hansı dinə mənsub olduğunu tapa bilməsəniz onun dostlarına baxın. Dostları din əhlindən olsa, o da Allah dinindədir. Allahın dinində olmasalar o, dindən heç bir nəsibi yoxdur." 
Həqiqətən də bəzən bir insanın xoşbəxtlik və bədbəxtliyində dostun rolu bütün amillərdən daha əhəmiyyətli olur. Bəzən onu məhv olmaq həddinə çatdırır, bəzən də fəxr dolu yüksəkliklərə qaldırır. 
"Furqan" surəsinin 27-29-cu ayələrində insanın xoşbəxtlik həddinədək necə irəlilədiyini gözəl şəkildə göstərir. Bir pis dost tərəfindən şeytani bir vəsvəsə, onu geriyə çəkir, onun üçün ölümcül bir tale hazırlayır. Qiyamət günü isə o, həsrətlə barmağını dişləyib "vay halıma" deyə fəryad çəkir.
Nəql olunur ki, İslamın doqquzuncu böyük rəhbəri İmam Məhəmməd Təqi (əleyhis-salam) buyurub:
: اِیَّاکَ وَ مُصَاحَبَهَ الشَّرِیرِ فَاِنَّهُ کَالسَّیْفِ الْمَسْلُولِ یَحْسُنُ مَنْظَرُهُ وَ یَقْبَحُ اَثَرُهُ: 
"Pis adamlarla yoldaş olmayın. Çünki onlar sıyrılmış qılınc kimidirlər. Zahiri gözəl amma təsiri olduqca pisdir."
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub: 
اَرْبَعٌ یُمِتْنَ الْقَلْبَ: الذَّنْبُ عَلَى الذَّنْبِ... وَ مُجالَسَهُ الْمَوْتَى، فَقِیلَ لَهُ یا رَسُولَ اللَّهِ وَ مَا الْمَوْتى؟ قالَ: کُلُّ غَنِیّ مُتْرِف
"Dörd şey insanın qəlbini məhv edir; günahı təkrar etmək ... ölülərlə oturub durmaq." Bir nəfər sourşdu: Ya Rəsuləllah, ölülər kimdir? Peyğəmbər (s): -"Sərvətləri ilə məst olmuş varlılar." − deyə cavab verdi. (1)
Mənbə:

				
1. "Təfsiri nümunə", cild 15, səh. 88.

			
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031