TƏVƏLLA VƏ TƏBƏRRA
Mьəllif: admin1
Tarix: 21-05-2021, 10:51
TƏVƏLLA VƏ TƏBƏRRA

İslam dinində kafirlə dostluq məzəmmət olunduğu kimi, möminlə düşmənçilik də pislənilir.

“Təvəlla və təbərra” dedikdə Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq nəzərdə tutulur.

İnsan ictimai varlıq olduğundan öz həmnövləri ilə ünsiyyətə, yodaşlığa məcburdur. Amma o, bir qurup insanlarla xüsusi münasibətdə olmağa ehtiyac duyur və bu insanları dost adlandırır.

“Fürqan” surəsinin 28-ci ayəsində buyurulur: “Vay halıma! Kaş filankəsi özümə dost seçməyəydim!”

Ayədə qiyamət səhnəsində, seçdiyi dosta peşiman olmuş insandan danışılır. Aydın olur ki, insanın xoşbəxtliyində dost əhəmiyyətli rol oynayır.

Həzrət Əli (ə) buyurur: “Bir insanın kimliyini tanımaq üçün onun dostlarına nəzər salın. Əgər dostları din əhlidirsə, o da din əhlidir, dostları din əhli deyilsə, o da dindən, doğru yoldan uzaqdır.”

İmam Məhəmməd Təqi (ə) buyurur: “Pis insanlarla dostluqdan çəkin. Onlar yalın qılınc kimidirlər –zahirən gözəl, həqiqətdə çirkin!”

Təbbi ki, insan öz həyatında düşmənlər də qazanır. İslam dinində kafirlə dostluq məzəmmət olunduğu kimi, möminlə düşmənçilik də pislənilir. Allah təala ”möminlər qardaşdırlar” buyurur:

Hər bir əməldə məqsəd var. Allahın razılığını qazanmaq məqsədi daşıyan insanın əməli ibadətdir. Allahın dostu ilə dostluq, düşməni ilə düşmənlik üstün ibadətlərdəndir.

Şeytan insanlar, xüsusi ilə də, möminlər arasında təfriqə salmaq qəsdindədir. Allahın razılığını düşünən insan isə möminlə düşmən, kafirlə dost olası deyil!

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031