5 rial, 500 rial oldu
Mьəllif: admin1
Tarix: 24-04-2017, 11:24
5 rial, 500 rial oldu
“Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır”.
Böyük əxlaq ustadı Müctehidi Tehrani Ayətullah Mirzə Əli Meşkinidən bir əhvalat nəql edir:
Ayətullah Meşkini deyir: Təhsil aldığım illərdə bir gün cibimdə cəmi 5 rial pul var idi. Küçə ilə gedirdim, birdən tələbələrdən biri mənə yaxınlaşıb dedi: - Beş rial varındırmı, mənə borc verəsən?
Özlüyümdə fikirləşdim ki, bu pulu ona versəm, özüm pulsuz qalacağam, ancaq qoy bu Allah bəndəsinin işini yola salım. Allah kərimdir.
Pulu ona verdim. Bir neçə addım getmişdim ki, birdən Meşkin əhalisindən olan yerlilərimizdən bir nəfərlə rastlaşdım. Onula görüşüb, kef-əhval soruşduq. Ayrılanda o mənim əlimə bir miqdar pul qoydu. Ondan bir az aralandıqdan sonra pula baxdım, gördüm 50 rialdır.
Bir az yol getdikdən sonra başqa bir tələbə ilə rastlaşdım. O, məndən 50 rial pul borc istədi. Bu dəfə də özlüyümdə fikirləşdim ki, indi bunun işi çətinliyə düşübdür, pulu ona borc verim, onun işi düzəlsin. Allah kərimdir. Pulu ona verib, yoluma davam etdim. Bir az irəli getmişdim, yenə yerlilərimizdən biri ilə qarşılaşdım. Onunla da görüşüb, hal-əhval tutduq. Ayrılanda bir miqdar pul cibimə qoydu. Ondan bir az aralandıqdan sonra baxdım gördüm 500 rialdır.
Birdən yadıma bu ayə yadıma düşdü:
“Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır”. (“Ənam” surəsi, ayə 160)
Gördüm birinci dəfə 5 rialım var idi, onu bir ehtiyaclıya borc verdiyim üçün kərim Allah mənə 50 rial çatdırdı. Sonra 50 rialı borc verdim, kərim Allah onun əvəzində 500 rial, yəni on qat çatdırdı.
Sonra dua edib gözlədim ki, bir nəfər də gəlsin, 500 rialı məndən borc alsın, ancaq duam qəbul olmadı.

Qaynaq: “Bazari mukafat”, səh. 137.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031