Qiyamətin 31 adı və onların mənası
Mьəllif: admin1
Tarix: 25-03-2022, 23:05
Qiyamətin 31 adı və onların mənası
Qurani-Kərimdə qiyamət günü (qəbirlərdən qalxma günü) üçün 70 formada adlandırma gəlib. Onların bəzisi bir kəlmə, bəzisi bir söz birləşməsi və tərkibi ilə, bəzisi isə bir cümlə ilə ifadə olunub.

Bəziləri fərqli adlandırma olsa da təqribən eyni mənanı verirlər. Qiyamətin 31 adını təqdim edirik:

1- Yəumul-hesab: Hesab günü

2- Yəumud-din: Haq-hesab günü

3- Yəumul-Cəm: Hamının toplaşdığı gün

4- Yəumul- Fəsl: Hər şeyin ayırd edildiyi və ya bir-birindən ayrıldığı gün

5- Yəumul-xuruc: Qəbirlərdən çıxma günü

6- Yəumul-Məvud: Vəd edilmiş gün

7- Yəumul-xulud: Əbədiyyət günü

8- Yəumul-həsrə: Həsrət günü

9- Yəumut-Təğabun: Cənnət əhlinin cəhənnəm əhlinə rişxənd etdiyi gün

10- Yəumut-tənad: Vaveyla günü

11- Yəumut-təlaq: Görüş günü; Biri zülm etdiyi məzlumla üzləşəcək, biri günah etdiyi rəbbi ilə

12- Yəumul-Əzifə: Qorxudan, ürəklərin ağıza gələcəyi gün

13- Yəumul-vəid: Cəhənnəm vədəsininin həyata keçəcəyi gün

14- Yəumul-həqq: Haqq günü, bu gün yalnız haqq öndə olacaq, haqq danışacaq, batil deyil

15- Yəumul-Bəəs: Məzardan qalxmaq və hərəkət günü

16- əd-Darul-Axirə: Axirət günü ( Axirət son deməkdir)

17- əs-Saə: (Qorxulu və talüyyüklü) An

18- əl-Haqqə: Nazil olan (əzablı və şiddətli) qiyamət

19- əs-Saxxətu: Qulağı kar edən səs

20- ət-Tammətul-Kubra: Böyük müsibət günü

21- əl-Ğaşiyə: (Aləmi) çulğalayan gün

22- əl-Qariə: Qoparan (ürəkləri qoparan, hər şeyi yerindən qoparan)

23- əl-Miad: Qayıdış

24- Vaqiə: Hadisə

25- Yəumul-Axir: Son gün

26- əl-vəqt əl-Məlum: Məlum zaman

27- Yəum tubləs-sərair: Sirlərin aşkar olduğu gün

28- Yəumun la yənfəu malun və la bənun: Malın və övladların fayda vermədiyi gün

29- Yəvmun la yuğna məulən ən məula şəyən: Nökərin ağaya və ya dostun dosta fayda verməyəcəyi gün

30- Yəumul-Firaq: Ayrılıq günü

31- Yəumur-Racifə: Günahkarların sarsıldığı gün


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031