İblisin (lən) naləsinə səbəb olan ayə
Mьəllif: admin1
Tarix: 26-03-2022, 10:37
İblisin (lən) naləsinə səbəb olan ayə
İmam Sadiqdən (ə) nəql edirlər: “O zaman ki, bu ayə nazil oldu,

“Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər.

Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”.
(“Ali-İmran” 135),

İblis Məkkədə Sur adında dağın başına çıxdı və ifritlərinə bacardığı qədər nalə çəkdi və hamısı gəldilər və dedilər: “Ey bizim ağamız! Bizi nə üçün çağırmısan?”.

İblis dedi: “Bu ayə nazil olmuşdur. Kim onun meydanına gedər?”.

İfritlərdən biri ayağa qalxdı və dedi: “Mən bu cür və o cür edərəm”.

İblis dedi: “Bacarmazsan”.

Bir başqası durdu və bir şey dedi və İblis ona da eyni cavabı verdi. Vəsvasi Xənnas dedi: “Mənim onun əleyhinə qüdrətim vardır”.

Dedi: “Necə?”.

Xənnas dedi: “Onlara ümid verərəm və arzu etmələrimə səbəb olaram ki, günah etsinlər. Bu işi görən kimi istiğfar etməyi yadlarından çıxardaram”.

İblis dedi: “Sən məhz elə həminsən”.

Və onu qiyamətə qədər bu iş üçün təyin etdi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031